İnternat məktəbində Novruz şənliyi keçirilib

Martın 16-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində Novruz bayramı münasibətilə şənlik keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə görmə imkanları məhdud uşaqların ifasında Novruz bayramının adət-ənənələrini özündə əks etdirən səhnəciklər nümayiş olunub, milli rəqslərimiz təqdim edilib, mahnılar səsləndirilib. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi 2006-cı ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub. Müəssisə 2015-2016-cı ildə Təhsil Nazirliyi tərəfindən cari təmir edilib. İnternat məktəbində 311 nəfər gözdən əlil və zəif görən şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 94 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Son 3 ildə internat məktəbinin məzunlarından 14 nəfəri ali, 11 nəfəri orta ixtisas müəssisələrinə qəbul olunub.

Martın 16-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində Novruz bayramı münasibətilə şənlik keçirilib. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə görmə imkanları məhdud uşaqların ifasında Novruz bayramının adət-ənənələrini özündə əks etdirən səhnəciklər nümayiş olunub, milli rəqslərimiz təqdim edilib, mahnılar səsləndirilib. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi 2006-cı ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub. Müəssisə 2015-2016-cı ildə Təhsil Nazirliyi tərəfindən cari təmir edilib. İnternat məktəbində 311 nəfər gözdən əlil və zəif görən şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 94 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Son 3 ildə internat məktəbinin məzunlarından 14 nəfəri ali, 11 nəfəri orta ixtisas müəssisələrinə qəbul olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31