Uşaq FilarmoniyasıSankt-Peterburq şəhərində
Rusiyanın Peterburq şəhərinin “Lido” stadionunda «Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyat» şəhər ictimai birliyi «Novruz»a həsr olunmuş xeyriyyə tədbiri keçirilib. Tədbirdə ölkəmizin bir çox tanınmış sənətçiləri ilə yanaşı Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs kollektivi də yer alıb.
16 Mart 2017 11:46 MədəniyyətRusiyanın Peterburq şəhərinin "Lido" stadionunda "Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyat" şəhər ictimai birliyi "Novruz"a həsr olunmuş xeyriyyə tədbiri keçirilib. Tədbirdə ölkəmizin bir çox tanınmış sənətçiləri ilə yanaşı Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs kollektivi də yer alıb. Balaca istedadlarımızın ifasında "Üzüm bağları", "Azərbaycan süitası" rəqsləri səslənib. Uşaqların ifasının böyük marağa səbəb olmasını zalda əyləşən tamaşaçıların alqış sədalarından da duymaq olardı. Qeyd edək ki, tədbirin final nömrəsi uşaqların ifasında səslənən "Azərbaycan süitası" rəqsi olub.