Gündəm
Xırdalanda bir gecədə 5 xanımın müəmmalı ölümünün TƏFƏRRÜATLARI
“Prezidentin Fransaya səfəri vaxtında edilmiş səfər idi"
“Azərbaycan Prezidentinin Fransaya səfəri vaxtında edilmiş səfər idi. Çünki bundan əvvəl Ermənistan prezidenti Serj Sarkisyan Parisə səfər etdi, daha sonra isə Moskvaya getdi”.
Poroşenkodan azərbaycanlı nazirin həbsinə REAKSİYA: "Xoşbəxtəm ki.."
Ukrayna prezidenti Petro Poroşenko vəzifəsindən kənarlaşdırılaraq həbs edilən Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri, Azərbayan əsilli Roman Nəsirov barədə cinayət işinin məzmunundan xəbərsiz olduğunu və bu barədə heç bir şərh verə bilməyəcəyini bəyan edib.
"Danışıqlara başlamaq üçün hər hansı şərtin irəli sürülməsi qəbuledilməzdir"
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqlara başlamağa Ermənistan tərəfindən dövlət başçısı səviyyəsində qeyd-şərtin qoyulması Ermənistan tərəfindən qəsdən danışıqların pozulması, boykot və şantaj edilməsidir. Danışıqlara başlamaq üçün hər hansı şərtin irəli sürülməsi qəbuledilməzdir və ümumiyyətlə, münaqişənin həlli üzrə bütün baza sənədlərinin mahiyyətinə və ruhuna ziddir. Artıq 2016-cı ilin iyun ayından Ermənistan bütün görüşlərdən qaçır. Ermənistan xarici işlər naziri açıq şəkildə Hamburq və Münxendə öz iştirakını yalnız ATƏT-in Minsk qrupunun həmsədrlərinn iki ölkənin xarici işlər naziri üçün təşkil etdiyi şam yeməyi ilə məhdudlaşdırdı.
Prezident İlham Əliyev və xanımı V Qlobal Bakı Forumun açılışında iştirak edirlər
Martın 16-da Azərbaycanın paytaxtında "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusunda V Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.
Meksikada yanacaq terminalında partlayış: 8 yaralı
Meksikanın Salamanka şəhəri yaxınlığında "Pemex" neft şirkətinə məxsus yanacaqtoplama və paylama terminalında partlayış baş verib. Bu barədə müəssisənin "Twitter" səhifəsində məlumat yerləşdirilib.
V Qlobal Bakı Forumu başlayır
Bu gün Azərbaycanda V Qlobal Bakı Forumu öz işinə başlayır. SİA-nın verdiyi məlumata görə, Diaporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda keçiriləcək forumda 53 ölkədən 300-ə yaxın nümayəndə iştirak edəcək.
Millət vəkili: “İnkişaf etmiş ölkələrlə birgə fəaliyyət iqtisadiyyatın inkişafına təkan verəcək”
“Azərbaycan və Fransa arasında yaxın tərəfdaşlıq mövcuddur. Bu münasibətlər son illərdə daha da inkişaf edib”. Bunu millət vəkili Tahir Mirkişili deyib.
Hollandiyalı partiya lideri baş nazir Rutteni hədəfə aldı TƏHDİD
Hollandiyanın “Azadlıq” partiyasının (PVV) lideri Gert Vilders parlament seçkilərində uduzduğunu etiraf edib. Villdersin sözlərinə görə, o belə hesab edirdi ki, partiyası parlamentdə ən aparıcı siyasi təşkilatlardan biri olacaq Partiya lideri buna baxmayaraq, qanunverici orqanda yerlərini artırmağa nail olduğunu da deyib.
Maykl Ceksonun bacısının nikahdankənar qızı peyda oldu
Mərhum Maykl Ceksonun 50 yaşlı bacısı Canet Ceksounun nikahdankənar qızı var imiş. Bu haqda 31 yaşlı Tiffani Uayt adlı qadın “Radar Onlayn”a bildirib. O, Canetlə Ceym Debarqın sevgisinin nəticəsi olduğunu söyləyib.
Ermənistan mediası Azərbaycanın gücünü etiraf edir ŞOK FAKT
Ermənistanın “lragir.am” saytı Serj Sarkisyan-Vladimir Putin görüşünün nəticələri barədə siyasi şərhlə çıxış edib və danışıqlar əsnasında Ermənistanda aprel ayının 2-də keçiriləcək parlament seçkiləri də müzakirə edilib.
"Hollandiya və Türkiyə arasında baş verən hadisələr iqtisadi münasibətlərə təsir etməyəcək"
Hazırda Türkiyə ilə Hollandiya arasındakı siyasi münasibətlər siyasi-diplomatik böhranın pik həddinə çatıb. Bu sözləri millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, Bu hadisələr də qərbin başqa ölkələrdə öz maraq və istəklərini həyata keçirmək üçün demokratiya terminini bir alət kimi istifadə etdiyinin şahidi olduq: “Amma ən pis nəticəsi isə bu böhranlı siyasi münasibətlərin, iqtisadi münasibətlərə təsiri olması ehtimalıdı.














