Gündəm
İndi “Google Duo” messencerində səsli zənglər hamı üçün əlçatandır
Ötən il “Google” şirkəti “Allo” messenceri ilə yanaşı, videokonfranslar üçün “Duo” xidmətini təqdim edib. Sözügedən xidmət istifadəyə verildikdən 1 həftə sonra “Google Play” rəqəmli mağazasında ən populyar pulsuz mobil tətbiqlərin reytinqində lider olub. “Duo” tətbiqinin populyarlığına baxmayaraq, istifadəçilər bu xidmətin məhdud imkanlarından şikayətləniblər və nəticədə xidmətin auditoriyası sürətlə azalmağa başlayıb. Ötən ayın sonunda xidmətin yaradıcıları tərəfindən istifadəyə verilmiş səsli rabitə funksiyası indiyədək yalnız Braziliyada əlçatan olub. İndi isə səsli rabitə imkanı hər kəs üçün əlçatandır.
Yığcam “Bluetooth” modul adi qulaqlıqları simsiz qulaqlıqlara çevirir
"Boud" startapı "Kickstarter" platformasında adi qulaqlıqları simsiz qulaqlıqlara çevirən kiçikölçülü "Bluetooth" modulun istehsalına vəsait toplanılması üzrə kampaniya başladıb.
Həyatın ən SEVİNCLİ ŞOKU: bankomatdan pul yağışı - VİDEO
Malayziyada bir gənc həyatının ən sevincli şokunu yaşayıb. Belə ki, xarab bir bankamatdan pul çəkmək istəyən gənc aparatdan pul saçmağa başladığını görür. Nəticədə bir anda gəncin ətrafı pulla dolur. Bu sevincli məqamlar anban kameraların yaddaşına köçüb.
Neslihan Atagüldən 1,2 milyonluq müqavilə
"Kara sevda"nın ulduzu Neslihan Atagül yeni reklamda rol alıb. O, bir idman markasının reklam siması olub.
Məşhur aktrisa Kıvanç Tatlıtuğla sevgili imiş? - qalmaqal
Aktrisa Birce Akalay haqqında çıxan bir xəbərə etirazını bildirib. Bir qəzetdə Bircenin stilist Başak Dizerin yeni məhsullarının siması olacağı yazılıb. Eyni zamanda da aktrisanın Başakın həyat yoldaşı, aktyor Kıvanç Tatlıtuğun keçmiş sevgilisi olduğu iddia edilib.
“Məlikməmmədin nağılı”nın məşqlərinə start verildi
Gənc Tamaşaçılar Teatrının cari repertuarında uzun illər böyük tamaşaçı marağı ilə qarşılanan Azərbaycan Xalq nağılı “Məlikməmmədin nağılı” yeni fərqli yozumla və tərtibatla yenidən səhnəyə qayıdır. Teatrdan “Olaylar” – a bildirlib ki, artıq tamaşanın məşqlərinə start verilib. Nağıl əsasında Xalq Artisti Ağaxan Salmanlının səhnələşdirdiyi eyniadlı pyesin quruluşçu rəssamı Elşən Sərxanoğlu, geyim üzrə rəssamı Ləman Salmanlı, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor Elnur Hüseynov, rəqslərin quruluşçusu Elvin Nuri, rejissor assistenti Sevda Hacışəmiyevadır.Tamaşanın premyerasının may ayının ortalarında təqdim olunması planlaşdırılır.
İsveçrənin tanınmış eksperti BDU –da
İsveçrənin tanınmış media və PR eksperti, pedaqoq Aleksandra Stark Bakı Dövlət Univeristetinin Jurnalistika fakültəsində olub. Öncə dekan, professor Cahangir Məmmədli, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professir Həmid Vəliyev, fakültənin ingilisdilli qruplarının müəllimlərinin iştirakı ilə keçirilən görüşdə İsveşrə mətbuatı, ənənəvi və sosial media ilə bağlı fikir mübadiləsi aparılıb.
Hadisədən Cennifer Lopez əməliyyatı!
Türkiyədə "Yerli Cennifer Lopez” ləqəbi ilə tanınan Hadisə dünya şöhrətli ulduzun izi ilə gedir. Havaların isinməsi ilə əlaqədar olaraq Hadisə arıqlamağa qərar verib. Məşhur müğənni Lopezin sağlamlıq və gözəllik üzrə mütəxəssisi Treysi Andersonunun yanına yazılıb. O, diyetoloqun 2 həftəlik detoks düşərgəsinə gedəcək. İddialara görə, müğənni bunun üçün təxminən 60 min lirə ödəyəcək.
Diqqət: Arı mumunu üzə çəkməklə qırışların qarşısını almaq olar
Hələ qədim misirlilər 4000 il əvvəl arıçılığa başlamışlar. Sonralar arıçılıq bütün Şərq ölkələrində geniş yayılmışdır. Sokrat balı uzun ömrün cövhəri adlandırmışdır. Fironların məqbərələrində bal dolu kuzələr 40 əsr saxlana bilmişlər. Bu balın çox qiymətli məhsul olduğunu göstərir.
Saçlarınız tökülməsin!
Tez-tez eşitdiyimiz şikayətlərdən biri də saç tökülməsidir. Bunun təbii proses olduğunu bilsək də, bir çox xəstəliklər də saç tökülməsinə səbəb olur. Qanazlığı, qalxanvarı vəzi, toxuma xəstəlikləri saç tökülməsində mühüm rol oynayır. Dəridə müşahidə etdiyimiz bir çox xəstəliklər də saçın tökülməsinə gətirib çıxara bilər. Saçın tökülməsinə təsir edən amillərdən biri də saça düzgün qulluq etməməkdir. Təbii ki, burada saçlara vurulan kimyəvi maddələrin də (məsələn, saç rəngi kimi) rolu az deyil.
Məşhur professordan gənc qalmaq üçün unikal məsləhətlər...
Professor Maykl Royzenə görə keçirtdiyimiz həyat tərzinin orqanizmin qocalma mexanizmində əhəmiyyətli rolu vardır. Sizin dostunuz əgər 40 yaşında 20 yaşlı insan kimi görsənirsə, deməli o son dərəcə saglam həyat tərzi keçirir. Lakin prinsipcə mümkün olmayan hec bir şey yoxdur, əgər siz təcrübəli mütəxəssisin məsləhətlərinə qulaq assanız, elə bu gündən qocalıqla öz mübarizənizi başlaya bilərsininiz. Bu məsləhətlər aşağıdakilardır:
Xəbərdarlıq: Yuxusuzluq şəkər xəstəliyi riskini artırır!
Nyu Yorkun Bufallo unversitetinin müəllimi və Milli Tədqiqat Agentliyinin əməkdaşı professor Lisa Rafalson bu yaxınlardakı araşdırmalarında müəyyən etmışdir ki, müntəzəm olaraq hər gecə 6 saatdan az yatmaq qissa müddətdə qandakı şəkərin miqdarını sürətli şəkildə artırır.
Yəməndə 15 nəfər toqquşmaların qurbanı oldu
Yəmənin cənub-şərqindəki Şabva əyalətində hökumət qoşunları ilə "Ənsər Alla" (Husilər) hərəkatının üsyançıları arasında qarşıdurma yaşanıb. Münaqişəyə üsyançıların prezident Mənsur Xadinin nəzarət editiyi ərazilərə soxularaq şəhərin bir sıra mövqelərində nəzarəti ələ almaları səbəb olub.
Rus məktəbində yanğın - 400 ADAM TƏXLİYƏ OLUNDU
Rusiyanın Penza şəhərində orta məktəbdə baş vermiş yanğın nəticəsində 400-ə yaxın şagird və müəllim təxliyə edilib. Yanğın məktəbin ikinci mərtəbəsində yerləşən ayaqyolunda başlayıb. Məktəbin əməkdaşı yanğının böyüməsinin qarşısını alıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
"Cocuq Mərcanlının bərpası Azərbaycanın mövqeyindən geri çəkilməyəcəyini göstərir"
"Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir və Ermənistana çox ciddi mesajdır. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.














