Çin kibertəhlükəsizliklə bağlı digər ölkələrin narahatlıqlarını nəzərə alacaq-ÖZƏL

Çin kibertəhlükəsizlik siyasətini həyata keçirərkən digər ölkələrin qanuni narahatlıqlarını nəzərə almağa və bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirməyə hazırdır.

Olaylar.az xəbər verir ki, bunu Çinin Baş naziri Li Qianq Ümumdünya İnternet İdarəçiliyi Konfransının açılış mərasimində bildirib.

O qeyd edib ki, Çin kibertəhlükəsizlik sahəsindəki problemlərin birgə səylərlə həllini dəstəkləyir və "rəqəmsal dəmir pərdə"nin yaradılmasına qarşıdır.

Baş nazir, həmçinin rəqəmsal imkanlardan bütün ölkələrin bərabər faydalanmasının və qlobal internet idarəçiliyində daha ədalətli sistemin qurulmasının vacibliyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31