Gündəm
İtaliya A Seriyasında növbəti məşqçi istefası
İtaliya A Seriyasında çıxış edən "Palermo"da baş məşqçi istefası reallaşıb. Siciliya klubu 41 yaşlı Diyeqo Luis Lopesə qapını göstərib. Uruqvaylı mütəxəssis yanvarın 26-dan "Palermo"da çalışırdı. Onun 10 oyuna çıxardığı komanda 7 oyunda uduzub. Onunla bərabər idman direktoru Nikola Salerno da klubdan gedib
"Ronaldu da Müller kimi cənnət və cəhənnəm arasında yaşayır"
"Bavariya"nın idarə heyətinin sədri Karl-Haynz Rummenige portuqaliyalı ulduz Kriştianu Ronaldo barədə danışıb. Rummenige onu Qert Müllerlə müqayisə edib.
Peterburq terrorunda yaralanan 28 yaşlı Zaurdan xəbər var
Rusiyanın Sankt-Peterburq şəhərinin metrosunda baş verən partlayış nəticəsində xəsarət alan 28 yaşlı Zaur Vəliyevi Azərbaycanın bu şəhərdəki konsulluğun əməkdaşları və diaspora nümayəndələri ziyarət ediblər.
Məhəmmədhüseyn Təhmasibin 110 illik yubileyinə həsr edilən elmi konfrans keçirilib
AMEA Naxçıvan Bölməsində görkəmli folklorşünas alim, professor Məhəmmədhüseyn Təhmasibin 110 illik yubileyinə həsr edilən elmi konfrans keçirilib.
ADU komandası I yerə layiq görülüb
Azərbaycan Dillər Universitetinin (ADU) “ADU komedi” şən və hazırcavablar klubu Nərimanov rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həmin rayonun ərazisində yerləşən ali təhsil müəssisələri arasında keçirilən turnirdə I yerə layiq görülüb.
ADU-da könüllülərlə görüş keçirilib
Aprelin 11-də Azərbaycan Dillər Universitetində (ADU) IV İslam Həmrəyliyi Oyunlarında könüllü iştirak edəcək tələbələrlə görüş keçirilib. Görüşdə universitetin Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru, eləcə də “Bakı-2017” könüllülərinin səfiri Elçin Səfərov və tələbələr iştirak ediblər.
AFFA "Qarabağ"la "Qəbələ"ni cəzalandırdı
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Azərbaycan Premyer Liqasının XXV turunun qarşılaşmalarında baş verənlər müzakirə olunub və müvafiq qərarlar verilib.
Qardaşları boğazına bıçaq dirədi, anası cadu etdi
Superliqanın XXVII turunda "Qalatasaray"a 3 qol vuran "Başakşəhər"in toqolu hücumçusuEmmanuel Adebayor diqqət mərkəzinə düşüb. Türkiyə mətbuatı "cim-bom"u "yıxan" futbolçu barədə yazı hazırlayıb. Yazıda Adebayorun həyatı və karyerası ilə bağlı maraqlı məqamlara yer verilib.
Ermənistan ictimaiyyəti etiraf edir SİYASİ ANALİZ
Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkilərinin ardınca ölkənin ictimai rəyində və mediasında sözügedən mövzu öz aktuallığını bundan sonra hələ uzun müddət saxlayacaq. Məsələ ondadır ki, rüşvət və korrupsiya vasitəsilə parlament seçkilərində rol alan və hakim elitanı təmsil edən şəxslər indi də öz aralarında ölüm-dirim savaşına çıxıblar. Buna səbəb isə hakim “Respublika” partiyasındakı, eləcə də parlamentdəki vəzifələrin bölünməsi prosesidir.
Cəbhə bölgəsində pambıq əkini başladı
Cəbhə bölgəsində pambıq əkininə start verilib. Bu barədə Ağdam rayon İcra hakimiyyətinin başçısı Raqub Məmmədov deyib. İcra başçısı bildirib ki, hazırda rayonda 500 hektar ərazidə çiyid səpilib: "Ümumilikdə 3000 hektar ərazidə pambıq əkini nəzərdə tutulub. Əkiləcək sahələr aqrotexniki qaydalara uyğun hazırlanıb. Səpin üçün lazım olan bütün texnika və avadanlıqlar hazır vəziyyətdədir, yüksək keyfiyyətli toxum gətirilib".
Magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri elan olunub
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına aprelin 9-da keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib. DİM-dən verilən məlumata görə, bakalavrlar Mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. İmtahanda iştirakı nəzərdə tutulan 13081 bakalavrdan 109 nəfəri imtahana gəlməyib. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 99 bal olub.
Prezident kənd təsərrüfatının inkişafı ilə bağlı sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
"Xalq işğal altındakı ərazilərimizin azad ediləcəyinə inanır"
"Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də Azərbaycanın gələcək inkişafı üçün daha vacib məsələlərə mövqe bildirib".
Yeniyetmə və gənclər ekoloji aksiyalara cəlb ediləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyi “Məktəblilərin ictimai fəallığının artırılması və ekoloji aksiyaların təşkili” adlı layihənin icrasına start verib.
Kiyevdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun səmərəli istifadəsi müzakirə olunub
Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində Azərbaycan, Ukrayna, Qazaxıstan və Gürcüstan dəmiryolçularının iştirakı ilə dördtərəfli görüş keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Voytsex Balçun, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Kanat Alpısbayev və “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze iştirak ediblər.














