Ombudsman söz verdi-Süni intellektlə bağlı insan hüquqlarının müdafiəsi gücləndiriləcək

"Azərbaycanda süni intellektin tətbiqi və rəqəmsallaşma prosesində insan hüquqlarının müdafiəsi Ombudsmanın prioritet fəaliyyət istiqamətlərindən biri olacaq". "Olaylar"xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı yenidən Ombudsman seçilən Səbinə Əliyeva bildirib. Müvəkkil qeyd edib ki, qarşıdakı dövrdə insan hüquqlarının müdafiəsi sahəsində yeni çağırışlara uyğun mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur: "Rəqəmsal transformasiya və süni intellekt kontekstində insan hüquqlarının müdafiəsinə dair müasir yanaşmaların təşviqi və tətbiqi prioritet istiqamətlər sırasında olacaq". 
Ombudsman həmçinin bildirib ki, növbəti mərhələdə təsisatın tövsiyələrinin icrasına nəzarət mexanizmlərinin gücləndirilməsi, insan hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və həssas əhali qruplarının hüquqlarının daha effektiv müdafiəsi əsas hədəflərdəndir.

Səbinə Əliyeva regionlarda Ombudsmana müraciət imkanlarının genişləndirilməsinin, müstəqil monitorinq mexanizmlərinin təkmilləşdirilməsinin və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın gücləndirilməsinin də prioritet olduğunu diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31