Yeniyetmə və gənclər ekoloji aksiyalara cəlb ediləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyi “Məktəblilərin ictimai fəallığının artırılması və ekoloji aksiyaların təşkili” adlı layihənin icrasına start verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclərin Elmi Araşdırmalar Mərkəzi" İctimai Birliyi "Məktəblilərin ictimai fəallığının artırılması və ekoloji aksiyaların təşkili" adlı layihənin icrasına start verib. GİN-dən "OLAYLAR"-a bildirilib ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında ekoloji mühitin formalaşdırılması, onlar arasında sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə ekoloji aksiyaların təşkil edilməsindən  ibarətdir. Birlik sözügedən layihə çərçivəsində Bakı şəhərində 3 ay müddətində mövzu ilə bağlı yeniyetmə və gənclərin iştirakı ilə ekoloji seminarlar  və iməcilik aksiyası keçirəcək. Keçiriləcək tədbirlərə cəlb olunan yeniyetmə və gənclər maarifləndiriləcək və iməcilik aksiyalarında iştirak edəcəklər. Həyata keçirilən layihədən ümumilikdə 200-dən artıq yeniyetmə və gənc faydalanacaq.                                                                         

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31