Yəməndə 15 nəfər toqquşmaların qurbanı oldu
Yəmənin cənub-şərqindəki Şabva əyalətində hökumət qoşunları ilə "Ənsər Alla" (Husilər) hərəkatının üsyançıları arasında qarşıdurma yaşanıb. Münaqişəyə üsyançıların prezident Mənsur Xadinin nəzarət editiyi ərazilərə soxularaq şəhərin bir sıra mövqelərində nəzarəti ələ almaları səbəb olub.
11 Aprel 2017 19:00 DünyaYəmənin cənub-şərqindəki Şabva əyalətində hökumət qoşunları ilə "Ənsər Alla" (Husilər) hərəkatının üsyançıları arasında qarşıdurma yaşanıb. Münaqişəyə üsyançıların prezident Mənsur Xadinin nəzarət editiyi ərazilərə soxularaq şəhərin bir sıra mövqelərində nəzarəti ələ almaları səbəb olub. Bir neçə saat davam edən toqquşmada hər iki tərəf fasiləsiz artilleriyadan atəş açıb. Nəticədə 15 nəfər həlak olub. Yəməndə 2014-ci ildən bəri silahlı münaqişələr davam edir. Publika.az