Hadisədən Cennifer Lopez əməliyyatı!

Türkiyədə "Yerli Cennifer Lopez” ləqəbi ilə tanınan Hadisə dünya şöhrətli ulduzun izi ilə gedir. Havaların isinməsi ilə əlaqədar olaraq Hadisə arıqlamağa qərar verib. Məşhur müğənni Lopezin sağlamlıq və gözəllik üzrə mütəxəssisi Treysi Andersonunun yanına yazılıb. O, diyetoloqun 2 həftəlik detoks düşərgəsinə gedəcək. İddialara görə, müğənni bunun üçün təxminən 60 min lirə ödəyəcək.

Türkiyədə "Yerli Cennifer Lopez" ləqəbi ilə tanınan Hadisə dünya şöhrətli ulduzun izi ilə gedir. Havaların isinməsi ilə əlaqədar olaraq Hadisə arıqlamağa qərar verib. Məşhur müğənni Lopezin sağlamlıq və gözəllik üzrə mütəxəssisi Treysi Andersonunun yanına yazılıb. O, diyetoloqun 2 həftəlik detoks düşərgəsinə gedəcək. İddialara görə, müğənni bunun üçün təxminən 60 min lirə ödəyəcək.

Müğənni bir neçə il əvvəl türkiyəli diyetoloq Şeyda Coşkunun yazdığı pəhriz proqramından sonra sürətlə arıqlamağa nail olmuşdu. Lakin o, 13 min lirə ödədiyi pəhriz proqramından razı qalmamışdı. Belə ki, həddən artıq arıqlamasından dolayı Hadisənin bədənində sallanma yaranmışdı. Hadisə hətta Şeyda Coşkunu məhkəməyə vermişdi. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31