İsveçrənin tanınmış eksperti BDU –da
İsveçrənin tanınmış media və PR eksperti, pedaqoq Aleksandra Stark Bakı Dövlət Univeristetinin Jurnalistika fakültəsində olub. Öncə dekan, professor Cahangir Məmmədli, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professir Həmid Vəliyev, fakültənin ingilisdilli qruplarının müəllimlərinin iştirakı ilə keçirilən görüşdə İsveşrə mətbuatı, ənənəvi və sosial media ilə bağlı fikir mübadiləsi aparılıb.
11 Aprel 2017 19:26 Sosialİsveçrənin tanınmış media və PR eksperti, pedaqoq Aleksandra Stark Bakı Dövlət Univeristetinin Jurnalistika fakültəsində olub. Öncə dekan, professor Cahangir Məmmədli, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professir Həmid Vəliyev, fakültənin ingilisdilli qruplarının müəllimlərinin iştirakı ilə keçirilən görüşdə İsveşrə mətbuatı, ənənəvi və sosial media ilə bağlı fikir mübadiləsi aparılıb. Universitetdən "Olaylar" - a bildirilib ki, Aleksandra Stark tələbələr üçün seminar keçib. 30-a yaxın tələbənin qatıldığı seminarda ekspert A.Stark iştirakçılara yeni media, informasiya texnologiyalarının inkişafının doğurduğu mənzərənin jurnalist fəaliyyətinə təsiri, etik standartlar və sair mövzularda məlumatlar verib, sualları cavablandırıb. Seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.