“Məlikməmmədin nağılı”nın məşqlərinə start verildi

Gənc Tamaşaçılar Teatrının cari repertuarında uzun illər böyük tamaşaçı marağı ilə qarşılanan Azərbaycan Xalq nağılı “Məlikməmmədin nağılı” yeni fərqli yozumla və tərtibatla yenidən səhnəyə qayıdır. Teatrdan “Olaylar” – a bildirlib ki, artıq tamaşanın məşqlərinə start verilib. Nağıl əsasında Xalq Artisti Ağaxan Salmanlının səhnələşdirdiyi eyniadlı pyesin quruluşçu rəssamı Elşən Sərxanoğlu, geyim üzrə rəssamı Ləman Salmanlı, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor Elnur Hüseynov, rəqslərin quruluşçusu Elvin Nuri, rejissor assistenti Sevda Hacışəmiyevadır.Tamaşanın premyerasının may ayının ortalarında təqdim olunması planlaşdırılır.

Gənc Tamaşaçılar Teatrının cari repertuarında uzun illər böyük tamaşaçı marağı ilə qarşılanan Azərbaycan Xalq nağılı "Məlikməmmədin nağılı" yeni fərqli yozumla və tərtibatla yenidən səhnəyə qayıdır. Teatrdan "Olaylar" - a bildirlib ki, artıq tamaşanın məşqlərinə start verilib. Nağıl əsasında Xalq Artisti Ağaxan Salmanlının səhnələşdirdiyi eyniadlı pyesin quruluşçu rəssamı Elşən Sərxanoğlu, geyim üzrə rəssamı Ləman Salmanlı, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor Elnur Hüseynov, rəqslərin quruluşçusu Elvin Nuri, rejissor assistenti Sevda Hacışəmiyevadır.Tamaşanın premyerasının may ayının ortalarında təqdim olunması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31