Milli Məclis Zəfər günü ilə bağlı bəyanat qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında 8 noyabr Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edilib. "Olaylar" xəbər verir ki, bəyanatı deputat Hikmət Məmmədov səsləndirib.
Sənəddə qeyd edilir ki, Milli Məclis hesab edir ki, uzun müddətli sülhün təmin olunması üçün Ermənistanın üzərinə hötürdüyü öhdəliklərin yerinə yetirilməsi vacib şərtdir. Azərbaycan özünün müdafdiə qabiliyyətinin daha da möhkəmləndirilməsi üçün Ordunun gücləndirilməsi hüququnu özündə saxlayır.Sənəd beynəlxalq təşkilatlara və dünya ölkələrinin parlamentlərinə göndəriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31