Gündəm

Malena Mard: "Enerji forumu fikir mübadiləsi üçün yaxşı platformadır"

12 Aprel 2017 13:18

Avropa İttifaqı (Aİ) Azərbaycanda enerji sahəsində keçirilən tədbirlərdə maraqlıdır. Bunu IV beynəlxalq "Caspian Energy" forumunda iştirak edən Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Malena Mard deyib.

“Huffington Post”: "Azərbaycan dinlərin birgə mövcudluğunun ən yaxşı nümunələrindən biridir"

12 Aprel 2017 13:16

Azərbaycan dinlərin birgə mövcudluğunun ən yaxşı nümunələrindən biridir. Bu "Salaam Şalom Bacıları İttifaqı" nümayəndələrinin Azərbaycana səfəri haqqında "Huffington Post" qəzetində dərc olunmuş məqaləsində yer alıb.

Gənc tətqiqatçılar “Mendelev-2017” Beynəlxalq Konfransında

12 Aprel 2017 13:14

Sankt Peterburq Dövlət Universitetində keçirilən “Mendelev-2017” Beynəlxalq Konfransda Azərbaycanı AMEA Naxçıvan Bölməsinin əməkdaşları təmsil edib.

Xarici ticarət dövriyyəsi 13 faiz azalıb

12 Aprel 2017 13:09

Gömrük orqanlarında rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 3,2 milyard dollar olub. Bu barədə Dövlət Statistik Komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, ixracın dəyəri 2,3 milyard dollar, idxalın dəyəri 972,0 milyon dollar təşkil edib.

Hesablama Palatasında yoxlamaların nəticəsi müzakirə edilib

12 Aprel 2017 13:07

Hesablama Palatasının övbəti Kollegiya iclasında 2017-ci ilin İş planı üzrə həyata keçirilmiş dövlət büdcəsindən Sumqayıt Dövlət Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına, İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinə, dövlət büdcəsindən Gəncə şəhər Səhiyyə İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirlərinə dair hesabatlar müzakirə olunub.

Keyfiyyətsiz dərman satışı ilə bağlı yeni cərimələr tətbiq olunacaq

12 Aprel 2017 13:06

Azərbaycanda normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağan ediləcək.

“Dərs” daha bir festivala dəvət aldı

12 Aprel 2017 13:05

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi Rusiyanın 11-ci “Səmimi qəlbdən” Beynəlxalq Ailə Filmləri Festivalının “Bizim uşaq kinosu” müsabiqə proqramına dəvət alıb. Kinostudiyadan “Olaylar” – a bildirilib ki, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan festival 26-30 may tarixlərində Ulyanovsk şəhərində keçiriləcək.

Şimşək çaxacaq

12 Aprel 2017 13:01

Aprelin 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. 

"Rabitə işi" üzrə məhkəmə prosesi növbəti dəfə təxirə düşüb

12 Aprel 2017 12:57

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BANM daha bir beynəlxalq müqavilə imzaladı

12 Aprel 2017 12:56

Bakı Ali Neft Məktəbi və Malayziyanın Kuala Lumpur Universiteti (UniKL) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə BANM-in rektoru və professor-müəllim heyəti, Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Roslan Abdul Rəhman, UniKL-nin prorektoru Azanam Shah Hashim və Sənaye texnologiyası institutunun dekanı Sairul İzvan Safie iştirak edib.

Binəqədi İcra Hakimiyyətinə 4 ildə 136914 müraciət daxil olub

12 Aprel 2017 12:53

Binəqədi Rayon İcra Hakimiyyətində Sakinlərin Müraciət Xidmətinə fəaliyyət göstərdiyi 4 ildən artıq müddətdə 136 914 vahid müraciət daxil olub və bunların əsasında 29 298 vahid müraciət vərəqəsi qeydiyyata alınaraq icraata yönəldilib.

Türkiyədə partlayış – Ərazi kimyəvi həyacan zonası elan edildi

12 Aprel 2017 12:50

Səhər saatlarında Türkiyədə daha bir partlayış hadisəsi baş verib. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, Türkiyənin Tekirdağ vilayətinin Çerkezköy qəsəbəsində bir tikiş fabrikində bir qazanda partlayış baş verib. 29 nəfər tüstüdən zəhərlənərək dərhal xəstəxanaya yerləşdirilib. Partlayışdan sonra ərazi kimyəvi həyacan zonası hesab edilir.

Allahşükür Paşazadə: “Ermənilərdə əqidə yoxdur”

12 Aprel 2017 12:48

“Heç bir düşmən müsbət məqsəd üçün məscidi bərpa etməz. Məscidi əqidəsinə görə bərpa edə bilərlər. Amma ermənilərdə əqidə yoxdur”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Şuşada Gövhər Ağa məscidinin bərpası ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

12 Aprel 2017 12:47

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Ford Transit” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ön və arxa təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 13 000 ədəd “NZ Gold Compact” markalı siqaret aşkar edilib. 

Allahşükür Paşazadə: “Cocuq Mərcanlıda ucaldılacaq məscid xalqımız üçün müjdə olacaq”

12 Aprel 2017 12:46

“Azərbaycanın dövlət başçısının sülhsevər siyasətini dəstəkləyən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini, ədalətli sülhün bərqərarını istəyən Azərbaycan xalqı beynəlxalq səylər nəticə verməzsə, özü ədaləti bərpa etməyə qadirdir”.