Binəqədi İcra Hakimiyyətinə 4 ildə 136914 müraciət daxil olub

Binəqədi Rayon İcra Hakimiyyətində Sakinlərin Müraciət Xidmətinə fəaliyyət göstərdiyi 4 ildən artıq müddətdə 136 914 vahid müraciət daxil olub və bunların əsasında 29 298 vahid müraciət vərəqəsi qeydiyyata alınaraq icraata yönəldilib.

Binəqədi Rayon İcra Hakimiyyətində Sakinlərin Müraciət Xidmətinə fəaliyyət göstərdiyi 4 ildən artıq müddətdə 136 914 vahid müraciət daxil olub və bunların əsasında 29 298 vahid müraciət vərəqəsi qeydiyyata alınaraq icraata yönəldilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, bunlardan 24 135 vahidi və ya 82.6 %-i tam, 1520 vahidi və ya 5.2 %-i qismən, 3580 vahidi və ya 12.2 %-i müvafiq izahat verilərək həll edilib. 2017-ci ilin yanvar-mart ayları üzrə xidmətə daxil olan müraciət vəqərəsi qeydiyyata alınmış müraciətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 894-ü və ya 48,5 %-i qaz təchizatı, 566-sı və ya 30,3 %-i su-kanalizasiya, 106-sı və ya 5,8 %-i lift problemləri, yerdə qalanı isə digər sahələrlə əlaqədar olub. Bundan başqa xidmətə75 təşəkkür zəngləri daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31