Türkiyədə partlayış – Ərazi kimyəvi həyacan zonası elan edildi

Səhər saatlarında Türkiyədə daha bir partlayış hadisəsi baş verib. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, Türkiyənin Tekirdağ vilayətinin Çerkezköy qəsəbəsində bir tikiş fabrikində bir qazanda partlayış baş verib. 29 nəfər tüstüdən zəhərlənərək dərhal xəstəxanaya yerləşdirilib. Partlayışdan sonra ərazi kimyəvi həyacan zonası hesab edilir.

Səhər saatlarında Türkiyədə daha bir partlayış hadisəsi baş verib. "Olaylar" "Huriyyet" - ə istinadən bildirir ki, Türkiyənin Tekirdağ vilayətinin Çerkezköy qəsəbəsində bir tikiş fabrikində bir qazanda partlayış baş verib. 29 nəfər tüstüdən zəhərlənərək dərhal xəstəxanaya yerləşdirilib. Partlayışdan sonra ərazi kimyəvi həyacan zonası hesab edilir.

Çerkezköy Bələdiyyə sədri Vahap Akay hadisə yerinə gələrək partlayışın yaranma səbəbinə aydınlıq gətirib. Sədr "Qazanın bir dənəsində kimyəvi reaksiya səbəbiylə həddindən artıq istiləşməyə görə partlayış baş verib. Qoxu və duman səbəbiylə fabrik boşaldılıb", - deyə açıqlama verib.

Fabrik rəhbərliyi  övladlarına süd verən analara bir müddət uşaqlarına ana südü verməməyi məsləhət görülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31