İrəvanda mer postu uğrunda mübarizə kəskinləşir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İrəvan meriyasına rəhbərlik etmək niyyətindədir. "Armlur" nəşrinin məlumatına görə, növbəti seçkilərə hələ iki il qalsa da, Simonyan ilə hazırkı mer Tiqran Avinyan arasında artıq ciddi rəqabət başlayıb. Yaxın ətrafında reytinginin yüksək olduğunu bildirən Simonyan hakim "Mülki Müqavilə" partiyasının namizədliyini dəstəkləyəcəyinə əmindir. Avinyan isə öz növbəsində bu postu asanlıqla təhvil verməyəcəyini komandasına bəyan edib. Qeyd edək ki, əvvəlki çağırış parlamentin sədri olmuş Simonyan sonradan bu vəzifəni təhvil verərək Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31