Azərbaycan ən pis səhiyyəsi olan 10 ölkə içində yer alıb: Ölkəmiz reytinqdə 101 ölkə arasında 92-ci yerdə qərarlaşıb

Numbeo-nun 2026-cı ilin ilk yarısı üzrə reytinqində Azərbaycan qonşu ölkələrin hamısından geri qalır - Türkiyə, Rusiya və Ermənistan daha yüksək göstəricilərə malikdir

Dünyanın ən böyük yaşayış xərcləri və həyat keyfiyyəti məlumat bazalarından biri olan Numbeo 2026-cı ilin birinci yarısı üzrə ölkələrin səhiyyə indeksini açıqlayıb.

Bestmedia.az xəbər verir ki, reytinqə 101 ölkə daxil edilib. Azərbaycanın səhiyyə indeksi 49,02 bal təşkil edib. Bu göstərici ilə ölkəmiz siyahıda 92-ci yerdə qərarlaşıb.

Numbeo-nun məlumatlarına əsasən, region ölkələri arasında ən yüksək göstərici Türkiyədə qeydə alınıb. Bu ölkənin səhiyyə indeksi 71,34 baldır və 24-cü yerdə qərarlaşıb. Türkiyə səhiyyə reytinqində Almaniyanı (25-ci) belə üstələyib. Rusiya 61,69 balla 60-cı, Qazaxıstan 60,70 balla 61-ci, Ermənistan 59,99 balla 62-ci, Gürcüstan isə 56,46 balla 77-ci yerdə qiymətləndirilib. Özbəkistan isə 64,42 balla 49-cu yerdə qərarlaşıb.

Beləliklə, Azərbaycan qonşu ölkələrlə müqayisədə ən aşağı göstəriciyə malikdir.

Dünyada ən yüksək göstəriciyə malik ölkələr

Reytinqin ilk beşliyində aşağıdakı ölkələr yer alıb:

Tayvan - 87,07 bal

Cənubi Koreya - 82,96 bal

Yaponiya - 79,85 bal

Ekvador - 78,25 bal

Niderland - 77,95 bal

Səhiyyə indeksi ən aşağı olan ölkələr

Siyahının sonuncu 10 pilləsində aşağıdakı ölkələr qərarlaşıb:

Azərbaycan - 49,02 bal

Monteneqro - 48,72 bal

Nigeriya - 48,02 bal

Misir - 47,95 bal

Albaniya - 47,89 bal

İraq - 47,22 bal

Mərakeş - 46,83 bal

Banqladeş - 42,12 bal

Venesuela - 39,42 bal

Suriya - 35,70 bal

Qeyd edək ki, Numbeo-nun səhiyyə indeksi istifadəçilərin tibbi xidmətlərin keyfiyyəti, əlçatanlığı, tibbi personalın peşəkarlığı, avadanlıqlar və digər amillərlə bağlı qiymətləndirmələri əsasında formalaşdırılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31