Gənc tətqiqatçılar “Mendelev-2017” Beynəlxalq Konfransında
Sankt Peterburq Dövlət Universitetində keçirilən “Mendelev-2017” Beynəlxalq Konfransda Azərbaycanı AMEA Naxçıvan Bölməsinin əməkdaşları təmsil edib.
12 Aprel 2017 13:14 SosialSankt Peterburq Dövlət Universitetində keçirilən "Mendelev-2017" Beynəlxalq Konfransda Azərbaycanı AMEA Naxçıvan Bölməsinin əməkdaşları təmsil edib. Bölmədən "Olaylar" - a bildirilib ki, Rusiya Federasiyasının bir çox şəhərlərindən, o cümlədən Almaniyadan, Şveçariyadan, Qazaxıstandan, Belarusiyadan nifuzlu elm adamlarının qatıldığı konfransda Bölmənin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Sevinc Cabbarova, həmin institutun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, dosent Aliyə Rzayeva və Sorbsiya prosesləri laboratoriyasının elmi işçi Mahnur Cəfərli iştirak ediblər. Hər üç gənc tədqiqatçılarımızın məqaləsi elmi yükünə görə "Mendelev-2017" Beynəlxalq "Sertifikat"- a layiq görülüb.