Gündəm
İslam həmrəyliyinin rəmzi su götürülüb
“Ölkəmizdə islam həmrəyliyi ilə bağlı konfransların keçirilməsi əhəmiyyətlidir. Azərbaycanın bu missiyanı öz üzərinə götürməsi, "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanda tolerantlığın və multikulturalizmin əsas göstəricilərindən biridir”.
Bahar Muradova: “Bu gün ərazi iddiaları, iqtisadi və hərbi maraqlara əsaslanan siyasət dünyanı təhdid edir”
“Bu gün ərazi iddiaları, iqtisadi və hərbi maraqlara, o cümlədən etnik bölgüyə əsaslanan siyasət dünyanı təhdid edir”. Bunu Milli Məclis vitse-spikeri Bahar Muradova aprelin 12-də keçirilən "İslam həmrəliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" adlı beynəlxalq konfransda deyib.
Oğurluqda ittiham olunan Xalq artisti danışdı: “Elə bildim düymədir, götürdüm” - VİDEO (YENİLƏNDİ)
Bunu Xalq artisti, Musiqili Teatrın aktyoru Ramiz Məmmədov deyib. Aktyorun sözlərinə görə, toy mərasimi ötən ilin dekabr ayında Bakıdakı restoranların birində keçirilib: "Bizim gözəl rejissorumuz Məhərrəm Bədirzadənin nəvəsinin toyunda olmuşam. Özüm də toya gec getmişdim. Qardirobun yayında az qaldı yıxılam. Əyilib ayağımın altına baxanda balaca bir daş qalıb, elə bildim düymədir, götürdüm. Toydan çıxıb evə getdim. Səhər tezdən zəng gəldi ki, “ay Ramiz toyda bir qadının sırğası itib, sən bir şey tapmamısan ki?” Dedim ki, tapmışam, elə həmin günü aparıb daşı Məhərrəmə verdim, onunla da məsələ bağlandı".
“Zərdabi Mətbuat Mərkəzi” İB yeni layihəsinin icrasına başlayıb
“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi “İlk mənbədən informasiya alınmasının təşviqi ilə “Açıq hökumət” quruculuğuna dəstək” layihəsinin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirilən layihə aprel-iyul aylarını əhatə edəcək.
Əmək Nazirliyində fikir mübadiləsi aparılıb
Azərbaycanda miqrasiya sahəsində dövlət siyasəti yerli əmək ehtiyatlarından səmərəli istifadə olunması və rəqabətədavamlı iqtisadiyyatın tələblərinə uyğun olaraq daxili əmək bazarına ixtisassız əcnəbi işçi qüvvəsinin deyil, yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi, əməkçi miqrantların insan hüquqlarına hörmətlə yanaşılması prinsiplərinə əsaslanır. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak ilə keçirilən görüşdə bildirib.
“Uşaqlara siqaret satmaq qadağandır!” kampaniyası
“Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçirilib. Nazirlikdən “Olaylar” – a bildirilir ki, “Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusuna həsr olunmuş tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri iştirak ediblər. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) İnsan Hüquqları XXI əsr-Azərbaycan Fondu ilə birgə həyata keçirdiyi tədbirdə gənc nəsli ziyanlı vərdişdən çəkindirmək məqsədilə aparılan monitorinqin nəticələri açıqlanıb.
Abdullah Gül Şəhidlər Xiyabanını ziyarət etdi
Ölkəmizdə səfərdə olan Türkiyənin 11-ci prezidenti Abdullah Gül bu gün səhər Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edib. Abdullah Gülü Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral müşaiyət edib.
"Eurovision-2017" üçün bütün biletlər satılıb
Kiyevdə keçiriləcək "Eurovision-2017" beynəlxalq mahnı müsabiqəsinin üç final şousuna biletlərin hamısı satılıb. Bunu bilet satışı ilə məşğul servisin rəsmi məlumatları göstərir. "Eurovision-2017" beynəlxalq mahnı müsabiqəsi üçün biletlər aprelin 10-da satışa çıxarılıb. Ümumilikdə 70 min bilet satışa çıxarılıb. Ən ucuz biletin dəyəri 8 avrodur. Final şousu zamanı ən ucuz bilet 80 avroya, ən bahalısı isə 500 avroyadır.
Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.
Qazaxda sürücülük vəsiqəsi düzəltmək üçün vətəndaşlardan pul alan şəxs tutulub
Qazax rayonunda dələduzluq edən şəxs saxlanıb. Rayonun Yuxarı Salahlı kənd sakini Musa Cəfərov həmyerlilərini aldadaraq onlardan sürücülük vəsiqəsi düzəltmək adıyla pul alıb. İlkin məlumatlara görə, beş nəfərdən 5 000 manat pul alan M.Cəfərov bir müddət kənddə görünməyib.
Almaniyada partlayışın baş verdiyi ərazidən məktub tapılıb
Futbol üzrə Çempionlar Liqasında Fransa "Monako"su ilə oyundan öncə Dortmundda Almaniyanın "Borussiya" komandasının avtobusunun qarşısında partlayışın baş verdiyi ərazidən məktub tapılıb.
Nazarbayev latın əlifbasına keçilməsi ilə bağlı sərəncam imzalayıb
Qazaxıstan prezidenti Nursultan Nazarbayev latın əlifbası əsasında Qazaxıstan əlifbasının vahid standartının hazırlanması ilə bağlı sərəncam imzalayıb.
Allahşükür Paşazadə Şuşa məscidində qazıntı aparılmasını II Qareginlə müzakirə edəcək
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ermənilərin işğal etdikləri Şuşa şəhərindəki Gövhər Ağa məscidində qazıntı-bərpa işləri aparmalarına münasibət bildirib. A. Paşazadə bildirib ki, ermənilər bu işə təxribat məqsədilə əl atıblar. "Məscidi əqidəyə görə bərpa edərlər, axı ermənilərin əqidəsi yoxdur", - deyə şeyxülislam vurğulayıb.
Ailəsi itən 11 yaşlı qızlarının QARA XƏBƏRini aldı
11 yaşlı Ebba Akerlundun itməsi barədə polisə məlumat verilmişdi, ailəsi bir müddət sonra onun ölüm xəbərini alıb. O, Stokholmda yük maşını ilə törədilən terrorun qurbanı olub.
Atasını ürəyindən bıçaqlayan gənc: "O, şeytan idi"
Atasını anlaqsız vəziyyətdə öldürməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Kənan Qasımovun cinayət işi üzrə məhkəmə başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Söz dövlət ittihamçısına verilib. Prokuror təqsirləndirilən Kənan Qasımovun atasını anlaqsız vəziyyətdə öldürməsi ilə bağlı qərarı elan edib.














