"Eurovision-2017" üçün bütün biletlər satılıb
Kiyevdə keçiriləcək "Eurovision-2017" beynəlxalq mahnı müsabiqəsinin üç final şousuna biletlərin hamısı satılıb. Bunu bilet satışı ilə məşğul servisin rəsmi məlumatları göstərir. "Eurovision-2017" beynəlxalq mahnı müsabiqəsi üçün biletlər aprelin 10-da satışa çıxarılıb. Ümumilikdə 70 min bilet satışa çıxarılıb. Ən ucuz biletin dəyəri 8 avrodur. Final şousu zamanı ən ucuz bilet 80 avroya, ən bahalısı isə 500 avroyadır.
12 Aprel 2017 12:26 DünyaKiyevdə keçiriləcək "Eurovision-2017" beynəlxalq mahnı müsabiqəsinin üç final şousuna biletlərin hamısı satılıb. Bunu bilet satışı ilə məşğul servisin rəsmi məlumatları göstərir. "Eurovision-2017" beynəlxalq mahnı müsabiqəsi üçün biletlər aprelin 10-da satışa çıxarılıb. Ümumilikdə 70 min bilet satışa çıxarılıb. Ən ucuz biletin dəyəri 8 avrodur. Final şousu zamanı ən ucuz bilet 80 avroya, ən bahalısı isə 500 avroyadır.
Qeyd edək ki, bu il "Eurovision" müsabiqəsi 9, 11, 13 may tarixlərində keçiriləcək. "Report" TASS-a istinadən xəbər verir.