Kobaxidze Brüsseldə Aİ-nin genişlənməsinə həsr olunmuş sammitdə iştirak edəcək – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Euronews" tərəfindən Brüsseldə təşkil olunacaq Avropa İttifaqının genişlənməsi sammitində Gürcüstanın baş naziri İrakli Kobaxidze də iştirak edəcək. Hökumət administrasiyasının məlumatına görə, tədbirdə namizəd ölkələrin əldə etdikləri irəliləyişlər, islahatlar, həmçinin genişlənmənin Aİ-nin təhlükəsizliyi, demokratiyası və iqtisadiyyatına təsirləri müzakirə olunacaq. Sammitin spikerləri arasında Avropa Şurasının prezidenti Antoniu Koşta, həmçinin Şimali Makedoniya, Albaniya, Ermənistan, Xorvatiya, Moldova və Monteneqronun baş nazirləri də yer alıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31