Gündəm

Qadın müəllim şagirdi ilə intim münasibətdə oldu, 6 aylıq cəza aldı

12 Aprel 2017 12:04

27 yaşlı Kimberli Naquin 6 ay müddətinə həbs edilib. O, sinif otağında 16 yaşlı qızla intim münasibətdə olduğuna görə tutulub. Kimberli onunla 11 ay müddətində birlikdə olub. O, intim münasibətini etiraf etdikdən sonra 6 aylıq cəza almaqla kifayətlənib. Hadisə Amerika məktəblərinin birində baş verib.

Diyarbəkirdəki partlayış terror aktıdır - Nazir AÇIQLADI

12 Aprel 2017 12:01

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ötən gün Diyarbəkirin Bağlar mahalındakı güclü partlayışla bağlı inanılmaz açıqlama edib.

Zakir Qaralov Beyləqanda vətəndaşları  qəbul edəcək

12 Aprel 2017 11:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Zakir Qaralov cari il aprelin 21-də saat 10:00-da Beyləqan rayon prokurorluğunun inzibati binasında Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Ali məktəblərə və kolleclərə 85 mindən çox abituriyent ərizə verib

12 Aprel 2017 11:45

Bu il Azərbaycan ali məktəblərə və kolleclərə sənəd verənlərin sayı açıqlayıb. Dövlət İmtahan Mərkəzindən cavab olara bildirilib ki, bu il ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ümumilikdə 85497 abituriyent ərizə verib.

Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilməyib

12 Aprel 2017 11:43

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan bloqger Mehman Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Alkoqollu içkilərin, tütün məmulatlarının idxalı, tranziti və ixracı zamanı lisenziya tələb olunmayacaq

12 Aprel 2017 11:40

Nazirlər Kabineti “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edib. Qaydaya əsasən Azərbaycanın gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilir. 

Tillerson Moskvada Bəşər Əsədin gələcək taleyini müzakirə edəcək

12 Aprel 2017 11:38

Moskvada səfərdə olan ABŞ-ın dövlət katibi Reks Tillerson Rusiya XİN rəhbəri Sergey Lavrovla danışıqlar zamanı Suriya prezidenti Bəşər Əsədin gələcək taleyini müzakirə edəcək.

ABŞ administrasiyası: İŞİD “zarin” qazına malik deyil

12 Aprel 2017 11:34

ABŞ administrasiyasında hesab edirlər ki, İŞİD terror qruplaşması Suriyada əsəb-iflic təsirli “zarin” qazına malik deyil,  terrorçuların isə İdlibdəki kimyəvi silah istifadəsi ilə heç bir əlaqəsi yoxdur.

Putin ABŞ-ın tərəfdaşlarını Suriyaya raket zərbəsini dəstəklədiklərinə görə qınayıb

12 Aprel 2017 11:33

Rusiya prezidenti Vladimir PutinABŞ-ın tərəfdaşlarını Suriyaya endirilən raket zərbəsini vəziyyəti təhlil etmədən dəstəklədiklərinə görə qınayıb.   Putin qeyd edib ki, Suriya ordusunun  kimyəvi silahdan istifadə etməsini təsdiqləyən heç bir dəlil  yoxdur,  beynəlxalq hüququn pozulması isə var.  

27 PKK – lı saxlanılıb

12 Aprel 2017 11:29

16 aprel Türkiyədə keçiriləcək referendum zamanı mitinqlər planlaşdıran PKK terror qruplaşmasının üzvləri saxlanılıb. İstanbul Terrorla Mübarizə idarəsinin ötən gün axtarış əməliyyat tədbirləri həyata keçiriblər. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki,  axtarışlar İstanbulun 15 qəsəbəsində arılıb. 35 nəfərin saxlanılacağı planlaşdırılan əməliyyatda, 27 nəfər şübhəli şəxs və terror qruplaşmasının mitinqlər zamanı istifadə edəcəyi planlaşdırılan əşyalar saxlanılıb.

Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib

12 Aprel 2017 11:28

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatında deyilir ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, M.Rzayevin məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb. Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun mayın 3-nə təyin edilmiş iclasında baxılacaq.

Allahşükür Paşazadə: Azərbaycan bütün dünyaya uğurlu ideyalar təqdim edən güclü dövlətə çevrilib

12 Aprel 2017 11:27

Azərbaycan dünyada multikulturalizmin, tolerantlığın təşəkkül tapmasına, islam mədəniyyətinin təbliğinə töhfə verib. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə bu gün “İslam həmrəliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” adlı beynəlxalq konfransda deyib. A.Paşazadə bildirib ki, Azərbaycanda müxtəlif dinin nümayəndələri dostluq şəraitində, dövlətin qayğısı ilə yaşayır: "Dünyada terrorizm tüğyan etdiyi halda, Azərbaycan Prezidenti İlham Əliyev dünyada sülhün carçısı kimi çıxış edir. Azərbaycanda İslam həmrəyliyi ili elan edilməsi təkcə islam aləmində deyil, islam aləmi ilə digər dinlər arasında da harmoniyanı özündə ehtiva edir. Azərbaycan öz nümunəsində bütün dünyaya nümayiş etdirir ki, dini harmoniyaya əsaslanan cəmiyyət yaratmaq mümkündür və bu məfkurə yaşaya bilər. Azərbaycan bütün dünyaya uğurlu ideyalar təqdim edən güclü bir dövlətə çevrilib".

Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır

12 Aprel 2017 11:25

Balakən Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi və Balakən rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır” mövzusunda tədbir keçirilib.

Əri Tuba haqda danışmaq istəmədi

12 Aprel 2017 11:23

"Vatanım sensin"də rol alan Onur Saylak dünən prodüser Gül Oğuzla birgə görünüb. Aktyor fotolarının çəkildiyini hiss edincə əsəbiləşib. O, xanımı Tuba Büyüküstün haqda verilən suallardan yayınmaq üçün qulaqlığı taxıb.