ABŞ administrasiyası: İŞİD “zarin” qazına malik deyil
ABŞ administrasiyasında hesab edirlər ki, İŞİD terror qruplaşması Suriyada əsəb-iflic təsirli “zarin” qazına malik deyil, terrorçuların isə İdlibdəki kimyəvi silah istifadəsi ilə heç bir əlaqəsi yoxdur.
12 Aprel 2017 11:34 DünyaABŞ administrasiyasında hesab edirlər ki, İŞİD terror qruplaşması Suriyada əsəb-iflic təsirli "zarin" qazına malik deyil, terrorçuların isə İdlibdəki kimyəvi silah istifadəsi ilə heç bir əlaqəsi yoxdur. Bu barədə ABŞ administrasiyasının rəsmi nümayəndəsi bildirib. "Rusiya tərəfi iddia edir ki, terrorçulara məxsus silah-sursat anbarlarına zərbələr endirilib. İŞİD-in və ya digər terrorçuların "zarin" qazına malik olması barədə bizdə heç bir məlumat yoxdur", - deyə ABŞ administrasiyasının rəsmi nümayəndəsi bildirib. Apa.az "RİA Novosti"yə istinadən xəbər verir.