Mariya Zaxarova Kiyev yaxınlığındakı gizli həbsxana xəbərini şərh edib – ÖZƏL
11:33 DünyaOlaylar.az xəbər verir ki, Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova Kiyev vilayətinin Petropavlovskaya Borşşaqovka kəndində yerləşən qeyri-rəsmi həbsxana barədə xəbərlərə münasibət bildirərək, Ukraynada bu cür işgəncə yerlərinin çox olduğunu iddia edib. Ukrayna mediasının verdiyi məlumata görə, həmin evdə 40-a yaxın hərbçi saxlanılıb. Ukraynadan gedən deputat Artyom Dmitruk isə son bir ayda orada bir neçə nəfərin döyülərək öldürüldüyünü önə sürüb. Rusiya tərəfi bu halı Ukraynadakı məcburi səfərbərlik prosesinin göstəricisi kimi qiymətləndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31