Hindistan Somali sahillərində piratlar tərəfindən qaçırılan gəmidən 20 dənizçini azad edib-ÖZƏL

Olaylar.az xəbər verir ki, ANI xəbər agentliyinin verdiyi məlumata görə, Hindistan Hərbi Dəniz Qüvvələrinin gəmisi və xüsusi təyinatlı qüvvələri Somalinin şimal-şərq sahillərində Ərəb dənizində quldurlar tərəfindən ələ keçirilən balıqçı gəmisindən 20 heyət üzvünü azad edib.
İki gündən çox davam edən əməliyyatda Hindistan Hərbi Dəniz Qüvvələrinin gəmisi, dəniz kəşfiyyat təyyarəsi və C-17 hərbi nəqliyyat təyyarəsindən qaçırılmış trol gəmisi Azini üzərinə paraşütlə tullanan komando bölməsi iştirak edib. Piratlar tərəfindən əsirlikdə saxlanılan 20 heyət üzvünün hamısı azad edilib. Əməliyyat zamanı heç bir balıqçı və ya Hindistan hərbçisi xəsarət almayıb.
Məlumata görə, piratlar oktyabr ayında ələ keçirilən trol gəmisini ticarət gəmilərinə hücum etmək və dəniz təhlükəsizliyinə təhdid yaratmaq üçün üzən baza kimi istifadə etmək niyyətində idilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31