Azərbaycan ərazisində fəaliyyət göstərən kriminal xunta rejiminin mövcudluğuna son qoyulub

"Tarixi Zəfər dövlətimizin ərazi bütövlüyü və suverenliyinin tam təmin olunmasına yol açıb və onun əhəmiyyəti ildən-ilə daha aydın şəkildə üzə çıxır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib: "Azərbaycan ərazisində fəaliyyət göstərən kriminal xunta rejiminin mövcudluğuna son qoyulub. Böyük səylər hesabına yaradılan siyasi, iqtisadi və hərbi potensial tarixi qələbədə təcəssümünü tapıb. BMT Təhlükəsizlik Şurasının və digər təşkilatların onilliklər boyu kağız üzərində qalan qətnamələrinin icrası təmin edilib. Qarabağ və Şərqi Zəngəzurun bərpası qələbəmizi real məzmunla birləşdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31