Zelenskinin Türkiyəyə səfəri nə məqsəd daşıyır?-Özəl

"Ukrayna prezidenti V. Zelenskinin ötən həftə Türkiyəyə səfəri əsasən iki ölkə arasında son aylar yaranan siyasi böhrandan irəli gəlirdi". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Ukraynanın Qara dənizdə Türkiyə gəmilərinin atəşə tutması Ankaranın Kiyevə sərt xəbərdarlıq etməsinə və hərbi texniki əməkdaşlıq məsələlərinə son qoyacağına gətirib çıxara bilərdi. Türkiyənin yenidən Kiyev və Moskva arasında danışıqlarda vasitəçilik etməsi xahiş edilib. Bu səfər Türkiyə və Ukrayna arasında müəyyən fikir ayrılıqlarına son qoydu. Türkiyənin vasitəçiliyinə gəldikdə bu yalnız humanitar məsələlərdə uğurlu olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31