Putin ABŞ-ın tərəfdaşlarını Suriyaya raket zərbəsini dəstəklədiklərinə görə qınayıb
Rusiya prezidenti Vladimir PutinABŞ-ın tərəfdaşlarını Suriyaya endirilən raket zərbəsini vəziyyəti təhlil etmədən dəstəklədiklərinə görə qınayıb. Putin qeyd edib ki, Suriya ordusunun kimyəvi silahdan istifadə etməsini təsdiqləyən heç bir dəlil yoxdur, beynəlxalq hüququn pozulması isə var.
12 Aprel 2017 11:33 DünyaRusiya prezidenti Vladimir PutinABŞ-ın tərəfdaşlarını Suriyaya endirilən raket zərbəsini vəziyyəti təhlil etmədən dəstəklədiklərinə görə qınayıb. Putin qeyd edib ki, Suriya ordusunun kimyəvi silahdan istifadə etməsini təsdiqləyən heç bir dəlil yoxdur, beynəlxalq hüququn pozulması isə var. "NATO üzrə tərəfdaşlar necə reaksiya verdilər? Hamı dərhal vəziyyəti təhlil etmədən ABŞ-ı dəstəklədi. Suriya ordusunun kimyəvi silahdan istifadə etməsini təsdiqləyən faktlar hanı? Yoxdur. beynəlxalq hüququn pozulması isə var. Fakt budur", - deyə Putin "Mir 24" telekanalına müsahibəsində bildirib. Apa.az "RİA Novosti"yə istinadən xəbər verir.