Ali məktəblərə və kolleclərə 85 mindən çox abituriyent ərizə verib

Bu il Azərbaycan ali məktəblərə və kolleclərə sənəd verənlərin sayı açıqlayıb. Dövlət İmtahan Mərkəzindən cavab olara bildirilib ki, bu il ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ümumilikdə 85497 abituriyent ərizə verib.

69969 abituriyent (63343-ü Azərbaycan, 6626-sı Rus bölməsinin məzunu) I-IV ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçərək qeydiyyatdan keçib. Onlardan 27490 (24981-i Azərbaycan, 2509-u Rus bölməsinin məzunu) I, 19641-i (17426-sı Azərbaycan, 2215-i Rus) II, 17916-sı (16578-i Azərbaycan, 1338-i Rus) III, 4922-si (4358-i Azərbaycan, 564-ü Rus) isə IV ixtisas qrupları üzrə sənəd verib.
 
Bu il ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd verən 85497nəfərdən 65652 qəbul imtahanının I mərhələsində (yaz imtahanında) iştirak edəcək.
 
34153 abituriyent V ixtisas qrupuna, 36076-sı isə tam orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31