Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatında deyilir ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, M.Rzayevin məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb. Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun mayın 3-nə təyin edilmiş iclasında baxılacaq.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatında deyilir ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, M.Rzayevin məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb. Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun mayın 3-nə təyin edilmiş iclasında baxılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31