“Uşaqlara siqaret satmaq qadağandır!” kampaniyası

“Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçirilib.  Nazirlikdən “Olaylar” – a bildirilir ki, “Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusuna həsr olunmuş tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri iştirak ediblər. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) İnsan Hüquqları XXI əsr-Azərbaycan Fondu ilə birgə həyata keçirdiyi tədbirdə gənc nəsli ziyanlı vərdişdən çəkindirmək məqsədilə aparılan monitorinqin nəticələri açıqlanıb. 

"Uşaqlara siqaret satmaq qadağandır!" ümumrespublika kampaniyası çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçirilib.  Nazirlikdən "Olaylar" - a bildirilir ki, "Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları" mövzusuna həsr olunmuş tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri iştirak ediblər. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) İnsan Hüquqları XXI əsr-Azərbaycan Fondu ilə birgə həyata keçirdiyi tədbirdə gənc nəsli ziyanlı vərdişdən çəkindirmək məqsədilə aparılan monitorinqin nəticələri açıqlanıb. 

Statistikaya görə, bu gün yeniyetmələrin 7 faizi, qadınların 1 faizi siqaret çəkir, lakin bu qism insanların 49 faizi öz evlərində də tütün tüstüsünün zərərinə məruz qalırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31