BANM daha bir beynəlxalq müqavilə imzaladı
Bakı Ali Neft Məktəbi və Malayziyanın Kuala Lumpur Universiteti (UniKL) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə BANM-in rektoru və professor-müəllim heyəti, Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Roslan Abdul Rəhman, UniKL-nin prorektoru Azanam Shah Hashim və Sənaye texnologiyası institutunun dekanı Sairul İzvan Safie iştirak edib.
12 Aprel 2017 12:56 SosialBakı Ali Neft Məktəbi və Malayziyanın Kuala Lumpur Universiteti (UniKL) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə BANM-in rektoru və professor-müəllim heyəti, Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Roslan Abdul Rəhman, UniKL-nin prorektoru Azanam Shah Hashim və Sənaye texnologiyası institutunun dekanı Sairul İzvan Safie iştirak edib. Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov imzalanacaq müqavilənin iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa yeni təkan verəcəyini vurğulayıb. Tərəflər tələbə mübadiləsi, o cümlədən elektrik mühəndisliyi və elektronika ixtisası üzrə birgə proqramın həyata keçirilməsi barədə razılığa gəliblər.