Gündəm
Ali məktəblərə ilk qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayı açıqlanıb
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayı açıqlanıb. Bu il birinci qəbul imtahanında 65653 abituriyent iştirak edəcək.
Putin: "Tramp dövründə Rusiya ilə ABŞ arasında etimad deqradasiyaya uğrayıb"
Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq Donald Tramp dövründə iki ölkə arasındakı münasibətlərə qiymət verib.
Allahşükür Paşazadə: "Mən "Sovetski"dəki məscidlərin heç yerini də tanımıram"
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə “Sovetski” adlanan ərazidə çəkilməsi nəzərdə tutulan yolun üzərinə düşən iki məscidin danışıqlar yolu ilə sökülməsi barədə məlumatlara münasibət bildirib. A.Paşazadə ümumiyyətlə məscidlərin sökülməsinə tərəfdar olmadığını bildirib: “Sökülməsi nəzərdə tutulan məscidlərin heç biri bizim qeydiyyatımızdan keçməyib. Mən o məscidlərin yerini də tanımıram. Söhbət ümumiyyətlə məscidlərin sökülməsindən gedirsə, mən bunun tərəfdarı deyiləm, ancaq elə şeylər var ki, xalq üçün əhəmiyyətli işlər görülərsə, məsələn, yol çəkilərsə, danışıqlar yolu ilə bu işlər həyata keçirilə bilər”.
Lavrov: "Tramp Administrasiyasının real niyyətlərini bilməliyik"
Moskva ABŞ-ın mövqeyini, Tramp Administrasiyasının real niyyətlərini bilməlidir. Bunu bu gün Moskvada ABŞ dövlət katibi Reks Tillersonla keçirilən görüşdə Rusiya XİN rəhəbri Sergey Lavrov deyib.
Avropa Parlamentinə səfər davam edir
Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyətinin Avropa Parlamentinə səfəri davam edir. Milli Məclisin nümayəndə heyəti Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri cənab Deyvid Makallister tərəfindən qəbul olunub. Görüşdə həmçinin Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədrləri Səyyad Kərim və Cavanşir Feyziyev, Avronest PA-nın həmsədri Rebeka Harms, Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov, AP-nin Azərbaycan üzrə Məruzəçisi xanım Norika Nikolai, AP Prezidentinin müşaviri və qurumun Xarici əlaqələr komitəsi katibliyinin rəhbəri iştirak etmişlər.
Açıq Hökumət Platforması strateyi yol xəritələrinin həyata keçirilməsində yaxından iştirak edəcək
Bu günlərdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Açıq Hökumət Platforması birlikdə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" mövzusunda konfrans təşkil edib. Konfrans vətəndaş cəmiyyətinin strateji yol xəritələrinin həyata keçirilməsi yaxından iştirakı məsələlərinin müzakirəsi ilə yadda qalıb.
Rəhim Qazıyevin nazir olarkən yol verdiyi korrupsiya faktları
Sabiq müdafiə naziri Rəhim Qazıyev mütəmadi mətbuata müsahibələr verərək keçmiş hərəkat yoldaşları, eləcə də hazırda Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayan şəxslərin bostanına daş atır. Bu günlərdə sabiq nazir yenə öz ənənəsinə sadiqlik nümayiş etdirib. Bu dəfə Rəhim Qazıyevin əsas hədəf obyekti Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və BXCP sədri Qüdrət Həsənquliyev olub. Belə ki, sabiq nazir "Təzadlar" qəzetinə verdiyi müsahibəsdə deyib ki, guya onun bir sifəti var və nə Fazil Mustafa, nə də Qüdrət Həsənquliyev ola bilməz ki, deputat mandatı əldə etsin: “Mənim 75 yaşım var, həmişə də bir sifətim olub".
Kasıb Ermənistanın zəngin meri - Markaryanın 250 milyon pulu var
2013-cü ildə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə İrəvan şəhər meri Taron Markaryanın elan edilmiş nəhəng mülkü böyük səs-küy yaradıb. Rəhbərlikdə olduğu beş il ərzində Ermənistanda yoxsulluğun sürətlə artdığı bir vaxtda İrəvan şəhər meri Taron Mrakaryan sərvətini çoxalda bilib. O, 2013-cü ildə var-dövlətinin 115 milyon dram olduğunu açıqlamışdısa, indi bu rəqəm 250 milyon dramdır. Bundan başqa, Markaryan 45 min dollar, 50 min avroya və "Zet & Zet" şirkətinin 50%-lik səhmlərinə də malikdir.
Məktəbdə radioaktiv maddə tapıldı
Ermənistanda bu gün yerli vaxtla saat 08:05 radələrində Qeğarkunik vilayətinin Qavar şəhərində yerləşən məktəblərdən birində radioaktiv maddə aşkar edilib. Radioaktiv maddə məktəbin fizika laboratoriyasında tapılıb.
Özbəkistan portalı Azərbaycanın turizm potensialından yazır
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki kun.uz portalında ölkəmizin turizm potensialının inkişafına dair yol xəritəsindən və bu sahənin inkişafından bəhs edən məqalə yerləşdirilib.
Rusiyada qətl törətmiş azərbaycanlı İnterpola verildi
Rusiyanın hüquq-mühafizə orqanları azərbaycanlını beynəlxalq axtarışa verib. Gürcüstan Respublikasının vətəndaşı olan 25 yaşlıSalman Musayev bu ölkədə qətl törətməkdə təqsirli bilinir və məhkəmə qərarı ilə barəsində beynəlxalq axtarış elan edilib.
Səhlab Bağırov: "Məscid kimi fəaliyyət göstərən həmin tikili plana düşüb"
Bakının Yasamal rayonu “Sovetski” adlanan ərazidəki "Hacı Cavad" məscidinin heç bir qeydiyyatı yoxdur. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.
Lavrov: “Tramp administrasiyasının real niyyətini anlamaq istəyirik”
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ dövlət katibi Reks Tillersonla görüşü keçirilir. Görüşün yalnız protokol hissəsi mediaya açıq olub. S. Lavrov ABŞ dövlət katibi ilə görüşdə beynəlxalq məsələlər və ikitərəfli münasibətlərin müzakirə ediləcəyini söyləyib. Rusiya XİN başçısı ABŞ-ın Suriyaya endirdiyi raket zərbələrindən narahatlığını bir daha dilə gətirib: "Ümid edirik ki, bu cür hallar bir daha təkrarlanmayacaq. Hesab edirəm ki, səfəriniz mühüm əhəmiyyət daşıyır. Moskva üçün Tramp administrasiyasının real niyyətini anlamaq olduqca vacibdir".
Ərdoğan ilk dəfə açıqladı: "Qiyam günü mənə təklif etdilər ki..."
Təkhakimiyyətlilik dediyimiz zaman nə başa düşülür? Qanunvericilik, icra, məhkəmə hakimiyyətlərini bir nəfər ələ keçirib, rəhbərlik edir. Belə bir şeydən söz gedə bilməz.
Uçuş edən sərnişin təyyarəsi ilə əlaqə kəsildi
İndoneziyanın şərq hissəsində yerləşən Papua əyalətində dispetçerlər kiçik sərnişin təyyarəsi ilə əlaqəni itiriblər. Ölkənin Nəqliyyat Nazirliyinin nümayəndəsi təyyarənin göyərtəsində bir neçə sərnişinin olduğunu deyib. Təyyarənin axtarışına başlandığı bildirilir.














