Avropa Parlamentinə səfər davam edir

Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyətinin Avropa Parlamentinə səfəri davam edir. Milli Məclisin nümayəndə heyəti Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri cənab Deyvid Makallister tərəfindən qəbul olunub. Görüşdə həmçinin Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədrləri Səyyad Kərim və Cavanşir Feyziyev, Avronest PA-nın həmsədri Rebeka Harms, Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov, AP-nin Azərbaycan üzrə Məruzəçisi xanım Norika Nikolai, AP Prezidentinin müşaviri və qurumun Xarici əlaqələr komitəsi katibliyinin rəhbəri iştirak etmişlər.

Cənab Makallister Azərbaycan nümayəndə heyətinə səfər etdikləri üçün təşəkkür etmiş və cari ilin may ayında Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri qismində böyük bir nümayəndə heyəti ilə Azərbaycana səfər etmək niyyətində olduqları diqqətə çatdırmışdır.

Görüş zamanı cənab Makallister işğal olunmuş ərazilərimizə qanunsuz səfər etdikləri üçün Azərbaycan hökuməti tərəfindən haqlarında beynəlxalq həbs qərarı çıxarılan 3 avroparlamentari ilə bağlı məsələyə də toxunmuşdur. O, Azərbaycan tərəfinin mövqeyini və narahatlığını anlayışla qarşıladığını, həmkarlarının işğal olunmuş Azərbaycan ərazilərinə səfərindən təəssüfləndiyini bildirmişdir. Bu məsələ ilə əlaqədar sözügedən deputatlarla görüşdüyünü və onlara Avropa Parlamentinin adını istifadə etməklə işğal olunmuş ərazilərə səfər etmələrin və "seçkiləri" müşahidə etmələrinin yolverilməz olduğunu izah etdiyini diqqətə çatdırmışdır.

Sonda Avropa Parlament və Milli Məclis arasında ikitərəfli əlaqələrin və dialoqun intensivləşdirilməsinin əhəmiyyəti vurğulanmış və bu istiqamətdə fəaliyyətin gücləndirilməsi zərurəti qeyd olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31