Gündəm

ÜAK-ın ləğvinin arxasında duran qaranlıq məqamlar

12 Aprel 2017 15:03

Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı məhkəməyə müraciət etməsi Azərbaycanın siyasi və ekspert dairələrində haqlı narazılığa səbəb olub. Elə bu səbəbdəndir ki, son günlər sözügedən problem ən çox müzakirə olunan məsələdir. Doğrudur, aprelin 11-də keçirilməli olan məhkəmə təxirə salındı. Ancaq problem aktuallığını qoruyur. Ortaya maraqlı bir sual çıxır. Rəsmi Moskva hansı səbəbdən Azərbaycanın dünyadakı ən böyük diaspor təşkilatının qeydiyyatını ləğv etmək istəyir? Axı bu cür addım Bakı-Moskva münasibətlərini soyuda bilər.

Züleyxa Nadir yazır... Məhkəməsiz cəza çəkənlər

12 Aprel 2017 14:58

Cəmiyyət varsa cinayət baş verəcək. Cinayət olursa cəza da mütləqdi. Yəni bəşər övladı yaranandan cinayətlər baş verir, qətllər, oğurluqlar və digər neqativ hallar insan övladının alnına yazılıb, sanki. Kimsə bundan sığortalanmayıb, ölmək-öldürmək hər kəsin başına gələ bilər. Amma baxır bu cinayətlər hansı səbəbdən, hansı şəraitdə baş verir. Bəri başdan deyim ki, səbəbindən və şəraitindən asılı olmayaraq cinayətkar cəzasını çəkməlidir.

Sulu qəlyan daha təhlükəli və gənclərdə alışqanlıq yaradan pis verdişdir

12 Aprel 2017 14:56

Uzun illərdən bəri müzakirə olunan məsələlərdən biri də ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulması ilə bağlı idi. Nəhayət məsələ qanunvericilikdə əksini tapıb.

“Müxalifət düşərgəsində iş o yerə çatıb ki...”

12 Aprel 2017 14:52

Son illərdə bəzi müxalifət partiyalarının atmış olduğu addımlar, onların ölkədə ictimai-siyasi sabitliyi pozmağa yönəlıik cəhdləri elə bi düşərgədəki digər siyasi partiyalar ərəfindən də tənqid edilib. Bu kimi cəhdləri pisləyən İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı deyib ki, müxalifət özündən razı, təkəbbürlü və öz üzərində çox az işləyən, hətta çox vaxt məsuliyyətsiz görünür: “Bu mənim subyektiv fikrimdir. Yanlışlıq edə bilərəm.

Deputatları “məhşər ayağı”na çəkəcək qanun layihəsi hazırlanıb

12 Aprel 2017 14:51

Məlum olduğu kimi Azərbaycanda bir sıra dövlət qurumlarında çalışan məmurların etik davranış qaydası mövcuddur. Əslində belə davranış kodeksinin varlığı dövlət strukurlarına şəfaflığın təmin edilməsi, bürokratik əngəllərin aradan qaldırılması, eləcə də korrupsiya və rüşvətxorluğun sıxışdırılması baxımından müsbət hal kimi dəyərləndirilməlidir. Indi isə millət vəkillərinin  etik davranışı ilə bağlı yeni qanun layihəsinin hazırlanması məsələsi gündəmi zəbt edib. 

Heç bir qüvvə  ölkəmizi inkişaf yolundan sapdıra bilməz

12 Aprel 2017 14:49

Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev Azərbaycanın daxili və xarici siyasəti, ölkənin iqtisadi inkişafı, beynəlxalq əlaqələri Ermənistan Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini açıqlayıb.

Mark Hauptman: “Xocalı faciəsinin təkrarlanmaması üçün silahlı zorakılıq hallarının qarşısı qətiyyətlə alınmalıdır”

12 Aprel 2017 14:45

Almaniya Bundestaqının Xristian Demokratlar İttifaqı fraksiyasının üzvü Mark Hauptman Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində beynəlxalq təşkilatların rolu və iştirakı barədə sualına cavab olaraq bildirib ki, suveren dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl prinsipləridir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bir-biri ilə əlaqəli olan dörd qətnaməsində aydın şəkildə bildirilir ki, erməni silahlı qüvvələrin beynəlxalq hüquqa zidd olaraq işğal etdiyi Azərbaycan ərazilərindən dərhal çıxarılması və məcburi köçkünlərin dogma torpaqlarına qayıtması prioritetdir. Hauptman vurğulayıb ki, məcburi köçkünlərin öz dogma evlərinə qayıtması Almaniya hökümətinin diqqət mərkəzində olan məsələdir.

Baharın “uduş yağışı” davam etməkdədir

12 Aprel 2017 14:43

Adətən baharın ilk ayı uduşlarla zəngin olur və ötən mart ayı da istisna olmadı. Məhz bu ayda uduşların zəngin olacağı iddiası, əsasən “Binqo+8” və “Bahar Sevincləri” lotereyalarının 5 min manat, 10 min manat və 20 min manat məbləğində 15 uduş təklifindən qaynaqlanırdı. Lakin cari ilin martında nəticə gözlənildiyindən qat-qat yüksək oldu.

Rusiya prezidenti Suriyadakı kimyəvi hücumun əsas versiyalarını açıqlayıb

12 Aprel 2017 14:27

“Suriyanın İdlib əyalətində baş vermiş kimyəvi hücumla bağlı iki əsas versiya var”. Bunu Rusiya prezidenti Vladimir Putin "Mir" telekanalına müsahibəsində deyib. 

Putin: "Suriyada döyüşən əcnəbilərin təxminən yarısı MDB ölkələrinin vətəndaşıdır"

12 Aprel 2017 14:26

"Suriyada təxminən 20 minə yaxın əcnəbi döyüşür. Onlardan 9 miniMDB ölkələrinin vətəndaşıdır". Bunu Rusiya prezidenti Vladimir Putin "Mir" telekanalına müsahibəsində bildirib. "Bu 9 minin təxminən yarıdan azı isə Rusiya vətəndaşıdır. 5 min nəfər isə Mərkəzi Asiya, KTMT-yə üzv ölkələrin payına düşür. Ona görə də təhlükə çox böyük və realdır. Biz bunu bilirik, bu təhlükənin miqyasını anlayırıq. Təhlükəni minimallaşdırmaq üçün hər şey etməliyik. Bunun üstündə işləyirik", - deyə Rusiya lideri vurğulayıb.

Mübariz Qurbanlı: “Sovetski”də məscidlərin sökülməsinə aydınlıq gətirib

12 Aprel 2017 14:24

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlı “Sovetski”də 2 məscidlə bağlı məsələyə aydınlıq gətirib. M. Qurbanlı bildirib ki, həmin məscidlər heç bir qeydiyyatda deyil, köhnə olduğu üçün yararsız hala düşüb. Ərazidə bütün köhnə tikililər sökülür, o cümlədən də orada iş aparılır.

Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi aprelin 25-də Bakıda keçiriləcək

12 Aprel 2017 14:22

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi aprelin 25-də Bakıda keçiriləcək. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib. 

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir

12 Aprel 2017 14:21

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Azərbaycana gəlir. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Səfər aprelin 19-20-nə nəzərdə tutulub. H. Salber ölkə rəhbərliyi ilə görüşlər keçirəcək.

Azərbaycan XİN rəhbəri: “Güc yolu ilə sərhədlərin dəyişdirilməsinin qəbuledilməzliyinə hamı riayət etməlidir”

12 Aprel 2017 14:20

"Dağlıq Qarabağ münaqişəsinin həlli və regional əməkdaşlıq mühitinin yaradılması üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”. 

Putin: “Rusiyada və KTMT ölkələrində “rəngli inqilab”lara imkan verməyəcəyik”

12 Aprel 2017 14:15

“Rusiya istər ölkə daxilində, istərsə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrində “rəngli inqlablar”la mübarizə aparacaq”.