Azərbaycan XİN rəhbəri: “Güc yolu ilə sərhədlərin dəyişdirilməsinin qəbuledilməzliyinə hamı riayət etməlidir”

"Dağlıq Qarabağ münaqişəsinin həlli və regional əməkdaşlıq mühitinin yaradılması üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”. 

"Dağlıq Qarabağ münaqişəsinin həlli və regional əməkdaşlıq mühitinin yaradılması üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır". Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşada estoniyalı həmkarı Sven Mikserlə görüşü zamanı deyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verən E. Məmmədyarov bildirib ki, Avropa İttifaqıtərəfindən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət məsələsində vahid yanaşmanın tətbiq edilməsi vacibdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31