Putin: “Rusiyada və KTMT ölkələrində “rəngli inqilab”lara imkan verməyəcəyik”

“Rusiya istər ölkə daxilində, istərsə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrində “rəngli inqlablar”la mübarizə aparacaq”.

"Rusiya istər ölkə daxilində, istərsə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrində "rəngli inqlablar"la mübarizə aparacaq". bunu Rusiya prezidenti Vladimir Putin deyib. "Biz bilirik ki, dünyanın müxtəlif regionlarında həyata keçirilən müxtəlif nəzəriyyələr həmin regionlarda sabitliyi ciddi şəkildə pozur. Əlbəttə, buna oxşar heç nəyin yaranmasına imkan verməməliyik. Rusiyada müvafiq tərzdə özümüzü aparmağa çalışacaq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə tərəfdaşlarımıza istənilən formada dəstək verəcəyik", - deyə V. Putin söyləyib.
 

Qeyd edək ki, fevralda Rusiya müdafiə naziri Sergey Şoyqu "rəngli inqilablar" coğrafiyasının genişlənməsi təhlükəsinin mövcud olduğunu deyib. Onun fikrincə, bunun qarşısını ancaq səyləri birləşdirməklə almaq mümkün ola bilər. Xatırladaq ki, KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.   Apa.az "RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31