“Müxalifət düşərgəsində iş o yerə çatıb ki...”
Son illərdə bəzi müxalifət partiyalarının atmış olduğu addımlar, onların ölkədə ictimai-siyasi sabitliyi pozmağa yönəlıik cəhdləri elə bi düşərgədəki digər siyasi partiyalar ərəfindən də tənqid edilib. Bu kimi cəhdləri pisləyən İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı deyib ki, müxalifət özündən razı, təkəbbürlü və öz üzərində çox az işləyən, hətta çox vaxt məsuliyyətsiz görünür: “Bu mənim subyektiv fikrimdir. Yanlışlıq edə bilərəm.
12 Aprel 2017 14:52 SiyasətHacı Tahir Abbaslı: "Ağız deyəni qulaq eşitmir"
"Hər bir "Azadlıq" və "İstefa" deyən müxalifətçi özünə də "dur" deməyi bacarmalıdır"
Son illərdə bəzi müxalifət partiyalarının atmış olduğu addımlar, onların ölkədə ictimai-siyasi sabitliyi pozmağa yönəlıik cəhdləri elə bi düşərgədəki digər siyasi partiyalar ərəfindən də tənqid edilib. Bu kimi cəhdləri pisləyən İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı deyib ki, müxalifət özündən razı, təkəbbürlü və öz üzərində çox az işləyən, hətta çox vaxt məsuliyyətsiz görünür: "Bu mənim subyektiv fikrimdir. Yanlışlıq edə bilərəm. Əgər dostlardan kimsə irad tutsa, cavab verməyə hazıram. Yenə də deyirəm, heç kimin haqqına girib, zəhmətlərini heç edib aşağılamaq istəmirəm. Düz, haqq və həqiqət şirin olur. O adamalra ki, sağlam düşüncəli olsun. Qripə yoluxan adam bal da yesə, acı dadacaqdır. Balın özündə şirinliyində problem yoxdur. Xəstənin özündə problem var. Mən öz payıma düşəni deyirəm və verilən hər cür dəyərlərə hazıram. Söhbət insalarımızın səadətə və xöşbəxtliyə çatmasından, onlara verilən vədlərdən, yaxşını pisdən ayırmaqdan mübariz əhval-ruhiyyədən və ən azından insan olub, insan kimi yaşamağa çatmasından gedir. Müxalifət düşərgəsində iş o yerə çatıb ki, ağız deyəni qulaq eşitmir. Bir-birilərinin xətalarını, biabırçılıqlarını açmaqdan ötrü ötüşmə gedir. Özlərini o qədər nəzarətsiz və ərköyün hesab edirlər ki, nəinki iqtidarla, heç müxalifət düşərgəsinin özündə də fikir paylaşa, bölüşə bilmirlər. Kimlərsə hər şeyə birinci olmaq və sahib durmaq istəyirlər. Halbuki təkbaşına heç nəyi dəyişmək mümkün olmaz". Partiya sədri qeyd edib ki, iqtidar da bu səbəbdən müxalifətlə əməkdaşlığa, danışıqlara maraq göstərmir: "İqtidar da görür ki, birlik yox, parlaqlıq və aydınlıq yox, məntiq və hikmət yox, geniş əhatə dairəsi olan ziyalı təbəqəsi olan şəxsiyyətlər yox, fürsətdən istifadə edib görüşləri öz xeyirlərinə həll edirlər. Və biləndə ki, barışıqlar mili və dövlət maraqlarından kənarda partiya maraqlarındadır, ya aşağılanır, geri çəkilsə sabah cəmiyyət sözünə baxmayacaq, ölkə Suriyanın, İraqın gününə düşəcək". Tahir Abbaslı qeyd edib ki, biz çox həssas bölgədə yaşayırıq: "Çox güclərin burda marağı olduğundan, çox güclü təsirlər də qaçılmazdır. İnsanlarımız bütün bunlara nə qədər hazırdır və nə dərəcədə dəyərləndirə bilirlər?! Görəsən, bu cür müxalifət hakimiyyətdə tab gətirə bilərdi? "Azadlıq" və "İstefa" demək asandır. Amma azadlıq laqeydlik və biganəlik deyil. Hər bir "Azdalıq" və "İstefa" deyən müxalifətçi özünə də dur deməyi bacarmalıdır. Bir adam ki, halal-haram bilmədi, elə öz dediyini haqq bildi və iddia etdi, bu zaman hansı qarşılıqlı münasibətdən söhbət gedə bilər?! Amma xoşluqla deyilən söz təsir edə bilər. Necəki, Nizami Gəncəvinin "Sultan Səncər və qarı" əsərində qarının sözləri padşaha təsir etmişdi. Müxalifətin cəhdlərinin, hərəkətlərinin dəyərini aşağı salmaq istəmirəm. Amma görün, bu düşərgənin, eləcə də əhatə dairəsində olan ziyalıların proseslərə hansı səviyyədə təsir imkanları var, onların sözünün dəyəri varmı və s. Yəni müxalifət hansısa görüşə gedəndə bir ağsaqqal aparmalıdır. Tutaq ki, indi iqtidar Şeyxülislamla müəyyən məsələlərdə hesablaşır. Bu bir görüntüdür, hər nədir, amma lazım olanda Şeyxülislamı müəyyən görüşlərə də göndərir. İstər dinlərarası, istər başqa maraqlar üçün olsun. Müxalifətdə olan partiyaların əksəriyyəti İslam dinimizlə bağlı mövqelərini bildirməyiblər. Sözdə din barəsində bir iki kəlmə desələr də, partiya və siyasi maraqlarını hər şeydən üstün tutublar. Xüsusən indiyə kimi Milli Şura öz mövqeyini ortaya qoymayıb ki, dinə münasibəti hansı səviyyədədir Onsuz da müxalifət düşərgəsində ciddi problemlər var və bu, açıq görünməkdədir. Liderlik sıradan bir vəzifə deyil ki, yetirən əlinə bayraq götürüb, siyasi təşkilatlar yaratsın və hamını özünüə borclu bilsin və özünü jüri kimi təqdim etsin. Din və şəriət hökmləri haqqında məlumatı olmayan rəhbərlərin insanlarla ədalətli rəftarı mümkünsüzdür. "Mənə elə gəlir" fikirləri kimliyindən və statusundan aslı olmayaraq, yanlışlığa aparar və hadisələrə nəzarəti itirər. İnsanların öndəri olmaq ciddiyət və paklıq istəyir. Qərarları heç kimi, hətta fikirlərinə düşmən olanları belə, incitməsin. Axı məhkəmələrə gedib, həbs olunmuş dindarları ziyarət və müdafiə etməklə iş bitmir. Bu işlər insanlıq borcudur, hər kəs dində olmasa belə etməlidir... Bu zahiri görüntü kimə lazımdır ki?! Əslində lider (siyasi partiya rəhbəri) bu din məsələlərinə laqeyd və biganə qalmalı deyil, əksinə xalqın taleyini həll eməsi üçün Allahın razılığı olan addımlar atmalıdır. Əslində liderlər tıxac və ya dalan olmasın deyə, yol kənarında istiqamət verən "yol nişangahları" olmalıdırlar ki, hətta dünyavi maraqlarını təmin etməkdə belə fikir və ideyaların həyata keçirilməsinə maneə yaratmasın". Partiya sədri onu da deyib ki, bizim düşdüyümüz əhatə dairəsi müxalif düşərgədir: "İnsan müxalifətdə olmaq istəyirsə, gərək birinci öz nəfsani və sonsuz arzu və istəklərindən azad olmalıdır. Müxaliflik iqtidarların buraxdığı səhvləri düzəltmək olmalıdır. Təəssüflər olsun ki, ötən 10 illiklərin acı nəticələri xalqın nəzərindən qaçmayıb və xatirələrdə durur. İndi müxalifət düşərgəsi azacıq şərait yaradılan kimi qaça-qaça parlamentdə oturmaq istəyənlərin, "Ana müxalifət" adı uğrunda bir-birini aşağılayanların, xüsusən Qərb ölkələrində yaşamaq arzusunda olanların məskəni olub və iqtidarla bu sarıdan əməkdaşlıq edənlərdən ibarətdir. Daha bunun nəyi müxalifətçilik oldu?! Müxalifətin hədəfi cəmiyyətin sağlamlaşması, saflaşması və fikirlərinin nurlanması, işıqlanması olmalıdır. Qaranlıq fikirlər olmamalıdır. Əksinə qaranlıqlardan nura çıxmaq yolları axtarılmalıdır. Hər vətandaş elə maarifləndirilməlidir ki, özünə, dininə, millətinə, dövlətinə sahib dursun. Siyasi ayıqlığı və agahlığı olsun ki, hadislərdə başqalarına möhtac olmasın. İndiyə kimi görülən işlərin nəticəsi yoxdursa, özünü ana müxalifət elan edən müxalifət papağını qarşısına qoyub, ciddi fikirləşməlidir. "Mən kiməm, hardan gəlmişəm və hara gedirəm, nə halaldır və haramdır" - suallarına cavab tapıb, düzgün qərar verməlidir".
Məhəmməd