Deputatları “məhşər ayağı”na çəkəcək qanun layihəsi hazırlanıb

Məlum olduğu kimi Azərbaycanda bir sıra dövlət qurumlarında çalışan məmurların etik davranış qaydası mövcuddur. Əslində belə davranış kodeksinin varlığı dövlət strukurlarına şəfaflığın təmin edilməsi, bürokratik əngəllərin aradan qaldırılması, eləcə də korrupsiya və rüşvətxorluğun sıxışdırılması baxımından müsbət hal kimi dəyərləndirilməlidir. Indi isə millət vəkillərinin  etik davranışı ilə bağlı yeni qanun layihəsinin hazırlanması məsələsi gündəmi zəbt edib. 

Etik davranış qaydalarını  pozan millət vəkilinin  fəaliyyətinə xitam verilə bilər

Məlum olduğu kimi Azərbaycanda bir sıra dövlət qurumlarında çalışan məmurların etik davranış qaydası mövcuddur. Əslində belə davranış kodeksinin varlığı dövlət strukurlarına şəfaflığın təmin edilməsi, bürokratik əngəllərin aradan qaldırılması, eləcə də korrupsiya və rüşvətxorluğun sıxışdırılması baxımından müsbət hal kimi dəyərləndirilməlidir. Indi isə millət vəkillərinin  etik davranışı ilə bağlı yeni qanun layihəsinin hazırlanması məsələsi gündəmi zəbt edib. Milli Məclisdən  verilən məlumata görə, hazırda qanun layihəsi üzərində İşçi Qrpunun işi yekunlaşmaq üzərədir. Hətta Azərbaycanda  deputatların etik davranışı ilə bağlı yeni qanun layihəsinin yaxın günlərdə müzakirəyə çıxarılacağı bildirilir. Maraqlıdır, millət vəkilləri üçün etik davranış qaydalarının qəbuluna nə dərəcədə  ehtiyac var? Cəmiyyət üçün əxlaq və nümunə etiketi sayılan millətin vəkilinin etikaya dəvət edilməsi hansı zərurətdən yaranıb?

Qeyd edək ki, qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən hazırlanır və  sənədin əsas müəllifləri adıçəkilən komitənin sədri Əli Hüseynli və komitə  üzvü Vüsal  Hüseynovdur. Məlumata görə, qanun layihəsi üzərində iş gələn həftə bitəcək və ondan sonra  komitənin müzakirəsinə çıxarılacaq. Komitədə müzakirə olunduqdan sonra isə  yaz sessiyası müddətində birinci oxunuşa təqdim olunacaq. Onu da xatırladaq ki, qanun layihəsinin müzakirəsi 2016-cı ilin payız sessiyasının gündəliyinə daxil edilsə də, layihə üzərində işlər yekunlaşmadığından 2017-ci ilin yaz sessiyasının gündəliyinə salınıb. Sənəddə dövlət qulluqçularında olduğu kimi, deputatın da davranışında, fəaliyyətində, bəyanat və çıxışlarında etik normalar tənzimlənəcək və buna hüquqi müstəvidə yanaşılacaq. Deputatların fəaliyyətinə nəzarət edəcək  bu qanun layihəsi  2016-cı ilin 26 sentyabrında qəbul olunmuş Referendum Aktı ilə Konstitusiyaya uyğun hazırlanır. Referendumda Konstitutsuya edilən dəyişikliklərdən biri də  deputatların etik davranış qaydaları ilə bağlı olub. Konstitusiyaya edilən dəyişiklikdən sonra deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda onun mandatdan məhrum edilməsi nəzərdə tutulur. Deputatların etik davranış qaydalarıı tənzimləyəcək yeni qanun layihəsində millət vəkillərinin fəaliyyətinə xitam verilməsi mexanizmi də öz əksini tapıb.Yəni, hansı hallarda  deputatların fəaliyyətinə xitam verilə bilər, onları  hansı digər cəzalar gözləyir və sairə. Qeyd edək ki, Azərbaycanda indiyə qədər parlament üzvləri ilə bağlı belə sənəd mövcud olmayıb.

Lakin millət vəkillərinin az qala gündəlik fəaliyyətini izləyəcək belə bir qanunun qəbulu elə deputatların özləri tərəfindən birmənalı qarşılanmayıb.  Millət vəkili Tahir Kərimli bildirib ki, deputatların etik davranışını tənzimləyən qanun millət vəkillərinin fəaliyyətini məhdudlaşdıracaq. Onun sözlərinə görə,  artıq etika ölkədə mənəvi kateqriyadan çıxıb hüquqi  bir məsuliyyət davranış qaydasına  keçəcək: "Mən bununla bağlı Milli Məclisin son plenar iclasında bələdiyyələrin etik davranış qaydaları ilə bağlı məsələyə mövqeyimi açıqlayarkən dedim.  Etik davranışa görə məsuliyyət məsələsi artıq referendum nəticəsində Konstitusiyada öz əksini tapıb və buna uyğun  olaraq da  qanun hazırlanmalıdır. Geriyə yol yoxdur.  Baxmayaraq ki, mən hələ referendumdan öncə belə bir maddənin  Konstitutsiya dəyişikliyinə salınmamasını təklif etmişdim.  Ancaq artıq  bu məsələ Konstitusiyaya görə, deputata etik davranış qaydası üçün hüquqi məsuliyyətin  nəzərdə tutulmasını özündə ehtiva edir". Millət vəkili  əlavə edib ki,   etik davranış qaydasına görə, hüquqi məsuliyyət məsələsi dünyanın heç bir yerində yoxdur. T. Kərimli deyib ki, əgər etik davranış  hüquqi kateqoriyaya aid ediləcəksə, o zaman bunun bir hüquqi termin kimi  izahı verilməlidir: "Bu gün bələdiyyə üzvünə, deputata fəaliyyətinə görə etik qaydalar tətbiq edilirsə, sabah da digər sahənin əməkdaşına qarşı belə qayda müəyyən olunacaq. Əgər  etik davranış məsələsi ümummilli məslədirsə, gəlin o zaman  sovet dövründə necə kommunizmin etik kodeks qaydaları vardı,  o cür  də hamıya şamil ediləcək ümummili bir etik  davranış qaydaları müəyyən edək. Hamı da buna riayat etsin və hamı eyni hüquqa malik olsun. Yoxsa, bələdiyyə üzvü  etik davranış qayadalarını pozduğuna görə  töhmət və ya xəbərdarlıq alır, deputatın isə hətta, fəaliyyətinə xitam verilir, bu, düzgün deyil".  T. Kərimli əlavə edib ki, bu qanunun qəbulu avtomatik qaydada deputatın fəaliyyətini məhdudlaşdıracaq: "Yəni,  deputat hər çıxışına və işlətdiyi ifadəyə görə, hər an cəza alacağını əvvəlcədən  göz  önünə almış olur.  Baxmayaraq ki, xarici ölkələrdə deputatlar arasında  hətta, dava düşür  və buna görə hansısa hüquqi məsuliyyətə cəlb olunmurlar". Deputat bu baxımdan təklif edir ki, deputat etik qaydaları pozarsa, o zaman ən pis halda ona  ictimai məzəmmət olsun: "Əks halda hüquqi məsuliyyət deputatı  hər zaman pressinq  altında saxlayacaq. Ona görə də deputatın etik davranış qaydalarını pozduğuna görə, hüquqi məsuliyyətə cəlb olunması düzgün yanaşma deyil. Ancaq bu məsələ Konstitusiyaya salınıbsa, başqa çarəmiz oxdur. İş bununla bitməyəcək, bu cəzaya görə deputatın sonrakı taleyi də sula altında qalmış olacaq. Yəni deputat gələcəkdə pensiya təminatından, siyasi  və digər təminatlardan məhrum olacaq. Bu baxımdan hesab edirəm ki, qanun layihəsi hazırlanarkən  bir çox məsələlərə həssas yanaşılmalıdır". Millət vəkili geriyə yolun və bunun mexanizminin mümkün olmadığını  da dilə gətirib. O, deyib ki, bunu ancaq  yenidən referendumla etmək olar: " Bircə o qalır ki, qanun hazırlanarkən hər məsələyə çox həssaslıqla yanaşılmalıdır".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31