Gündəm

Qətl törətməkdə şübhəli bilinən qardaşlar saxlanıb

12 Aprel 2017 15:55

Abşeron rayonunun “28 May” qəsəbə sakinini qətlə yetirməkdə şübhəli bilinən Salyan rayon sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 10-da Abşeron rayonunun “28 May” qəsəbəsi ərazisindən qəsəbə sakini Tapdıq Məmliyev döyülmə xarakterli xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Salyan rayon sakinləri Səftər Hacıyev, qardaşı Bəxtiyar və əmisi oğlu Şahmar Hacıyev tutulublar.

Rusiyanın məşhur mediaholdinqi satışa çıxarıldı

12 Aprel 2017 15:54

"RBK" Media Holdinqi xüsusi mülkiyyətdir. Hesab edirik ki, onun taleyinə qarışmaq haqqımız yoxdur". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məşhur "RBK" televiziyasının, xəbər saytının və eyniadlı nəşrin satılmasına münasibət bildirərkən deyib.

KİV nümayəndələri arasında atıcılıq turniri keçiriləcək

12 Aprel 2017 15:53

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş IV atıcılıq turnirinə start verir. “OLAYLAR”-ın Xİdmətə istinadən verdiyi xəbərə görə, turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır. Turnir may ayının 6-da “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayonfilialında keçiriləcəkdir.

Mədəniyyət və turizm naziri Litva səfiri ilə görüşüb

12 Aprel 2017 15:51

Aprelin 12-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskası qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və Litva arasında turizm və mədəniyyət sahələrində həyata keçirilən layihələrdən və gələcəkdə nəzərdə tutulmuş birgə tədbirlərdən söhbət açılıb. Qonağı səmimi salamlayan Əbülfəs Qarayev turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müvafiq işlərin görülməsini, o cümlədən Litvanın turizm şirkətləri ilə yerli turizm şirkətləri arasında görüşlərin keçirilməsini təklif edib.

Elmar Məmmədyarov estoniyalı həmkarı ilə  görüşüb

12 Aprel 2017 15:50

Xarici işlər naziri Elmar Məmmədyarov Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Estoniya xarici işlər naziri Sven Mikser ilə görüşüb. Bu barədə  XİN mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Estoniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olundu və əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək?

12 Aprel 2017 15:41

Təhsil Nazirliyi növbəti dərs ilində hansı uşaqların dövlət məktəblərində təşkil ediləcək pulsuz məktəbəhazırlıq qruplarına cəlb ediləcəyini açıqlayıb.

Səfirdən işğal olunmuş ərazilərimizə səfər etmiş deputatlara cavab

12 Aprel 2017 15:38

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş bir qrup Belçika parlament üzvü "La Libre" qəzeti vasitəsilə açıq məktubla ölkəmizin Belçikadakı səfirliyinə müraciət ediblər.

ADU sertifikatla təltif olunub

12 Aprel 2017 15:36

5-7 aprel 2017-ci il tarixdə Rusiya Federasiyasının Kazan şəhərində 17-ci ixtisaslaşdırılmış “Təhsil. Karyera” adlı sərgi keçirilib. Sərgidə Rusiya, İsrail, Çexiya, Kipr, Azərbaycan və bir sıra Avropa ölkələrinin tanınmış universitetləri iştirak edib. “Təhsil. Karyera” sərgisində ölkəmizi Azərbaycan Dillər Universiteti (ADU) təmsil edib. ADU-nun rektorunun təşkilati məsələlər üzrə müşaviri Zaur Gözəlov sərgidə ADU-nu tanıtmaq, universitetə xarici tələbələr cəlb etmək məqsədi ilə təqdimatla çıxış edib və ali təhsil müəssisəsinin tədris prosesi, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

İran səfiri məscid məsələsinə görə XİN-ə çağırıldı

12 Aprel 2017 15:26

"Şuşa məscidi ətrafında Ermənistan tərəfindən qazıntı işlərinin aparılması Ermənistanın qəsdən Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasətinin tərkib hissəsidir".

Yeni təklif: pensiya yaşı 35 olsun

12 Aprel 2017 15:22

“35 yaşda pensiyaya çıxmaq”. Bu fikir xeyli maraqlı görünür. Artıq ABŞ-da bu məsələ bloq və sosial şəbəkə istifadəçiləri arasında ciddi müzakirəyə çevrilib. Hətta yollarını axtarıb, təkliflər irəli sürənlər də var.

Xidmət rəisi: "Məscidlərin heç biri qorunan abidələr siyahısında deyil"

12 Aprel 2017 15:18

Mədəniyyət və Turizm Nazirliyiyanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Sovetski”də yerləşən "Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidinin sökülməsinə aydınlıq gətirib.

Ermənilər "Qarabağ" pomidorlarını ölkəyə buraxmadılar

12 Aprel 2017 15:16

Ermənistanın gömrük orqanları Türkiyədən gətirilən və üzərində "Qarabağ" markası olan pomidorları ölkəyə buraxmayıb. Ümumilikdə, 50 kiloqramlıq pomidor olan yeşiklər geri qaytarılıb.

“Çin dərmanlarını Azərbaycana Avropa məhsulu adı ilə gətirirlər”

12 Aprel 2017 15:14

Aprelin 12-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib.  İclasda “Dərman vasitələri haqqında” qanuna edilməsi nəzərdə tututlan əlavə və dəyişikliklər müzakirə edilib

Dollara tələbat niyə azalıb?

12 Aprel 2017 15:11

Ölkədə milli valyutayanın möhkəmlənməsi dollara olan tələbatın azalmasına səbəb olub. Baxmayaraq ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi xeyli dərəcədə artıb, ölkəyə gələn turistlərin sayı çoxalıb, ancaq fakt ondan ibarətdir ki, xarici valyutaya tələbat azalıb. İqtisadçı ekspert Vuqar Bayramov qeyd edib ki, doğrudan da son günlər dollara tələbin yenidən azalması müşahidə edilir.

“Shopping festival”ının verəcəyi dividentlər

12 Aprel 2017 15:09

Aprelin 10-dan Bakıda Ticarət Festivalına start verilib. Mayın 10-dək davam edəcək bu festival ilk dəfədir ki, keçirilir. Cari il ərzində belə bir festivalın daha biri də təşkil olunacaq. Ümumiyyətlə, bundan sonra hər il 2 dəfə olmaqla bu kimi festivalların keçirilməsi nəzərdə tutulur. Bəs görəsən bu cür festivalların perspekivləri nədən ibarətdir? Ümumiyyətlə, Ticarət Festivalını təşkil etməyin əsas məqsədi nədir?