“Çin dərmanlarını Azərbaycana Avropa məhsulu adı ilə gətirirlər”
Aprelin 12-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib. İclasda “Dərman vasitələri haqqında” qanuna edilməsi nəzərdə tututlan əlavə və dəyişikliklər müzakirə edilib
12 Aprel 2017 15:14 SosialKomitə sədri: "Bəzən xəstələrə 2-3-cü dərəcəli preparatların yazılmasının arxasında başqa məqsədlər dayanır"
Aprelin 12-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib. İclasda "Dərman vasitələri haqqında" qanuna edilməsi nəzərdə tututlan əlavə və dəyişikliklər müzakirə edilib.

Komitə sədri Əhliman Əmiraslanov deyib ki, yeni əlavə "Dərman vasitələri haqqında" qanuna əsasən Azərbaycanda normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağan ediləcək. Onun sözlərinə görə, layihə parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub.İclasda həmçinin, İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik layihəsi müzakirə olunub. Təklif olunan dəyişikliyə əsasən, üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) "dərman vasitəsi deyildir" sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrinin istehsalına, idxalına və ya satışına görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək cərimə ediləcək. Bundan başqa, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə, vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək cərimə ediləcək. Ə.Əmiraslanov əlavə edib ki, bəzən həkimlər tərəfindən xəstələrə müalicə üçün lazım olan əsas preparatların yazılması, əsas müalicənin aparılması kənarda qalır, amma 2-3-cü dərəcəli preparatların xəstələrə yazılması ön plana çıxır. Məsələ ondadır ki, bu preparatların qiyməti əsas dərmanların qiymətindən çox baha olur. Onun sözlərinə görə, həkimlərin dərman sayılmayan bioloji aktiv maddələrdən istifadə etməsinin əleyhinə deyillər: "Lakin söhbət ondan gedir ki, bunun arxasında başqa məqsədlər dayanır. Xəstə müalicə olunmaq üçün həkim yanına gəlir. Həkim deyir ki, səni müalicə edəcəyəm, amma xəstə müalicə edildikdən 2 il sonra həkim yanına təkrar gəlir və görür ki, onun bədənində metostazlar var. Belə hallar az deyil".
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov isə bildirib ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər 50 manatdan 100 manatadək, hüquqi şəxslər 150 manatdan 200 manatadək məbləğdəcərimə ediləcək. Deputat hesab edir ki, bu cərimələrin tətbiqi düzgün deyil: "Dünyada bu gün vitamin preparatlarının çoxu, antibiotiklər xəstəyə reseptsiz verilmir. Lakin xəstəyə ehtiyac olduğu zaman vitamin əskikliyinə görə multivitamin kompleksi verilir. Bu da bioloji fəal maddələr qrupuna aiddir. Bu maddələrin yazılmasına görə həkimə əngəl qoyulması düz deyil. Uzun illər təcrübəli şəkildə fəaliyyət göstərən həkim istədiyi dərmanı yazmaq hüququna malik olmalıdır. 150-200 manat maaş alan həkimə yenidən 250 manatlıq cərimə etməklə problemləri həll etmək olmaz. Bu, sadəcə gələcəkdə problemlərin fərqli yollarla artmasına səbəb olacaq".
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib ki, ölkəyə Çin dərmanlarını Avropa məhsulu adı ilə gətirirlər: "Bizə müraciətlər daxil olur ki, bəzi dərman şirkətləri Çində istehsal olunan dərmanları Avropaya göndərir, sonra onu Avropada qutuya yerləşdirib Azərbaycana Avropa dərmanı adı ilə gətirirlər". Onun sözlərinə görə, buna görə də bəzi hallarda həkimlərimizin təyin etdiyi dərmanlar o qədər effekt vermir: "Buna görə xəstələrimizə tövsiyə edilir ki, qonşu ölkələrdən dərman gətirsinlər. Bu, çox ciddi narahatlıq doğuran faktdır. Tarif Şurası buna çox ciddi əncam çəkməlidir". M.Quliyev qeyd edib ki, dərmanların keyfiyyətinin və qiymətinin tənzimlənməsi məsələsi daim diqqətdə olmalıdır. Deputat təklif edib ki, Azərbaycanda 400-500 adda dərmanın qiyməti dövlət tərəfindən tənzimlənə bilər, qalanlarının qiyməti sərbəst tənzimlənsin. M.Quliyev bioloji fəal maddələrin işlənmə qaydasının da hazırlanmasını vacib sayıb. Bildirib ki, bioloji aktiv maddələr dərman deyil: "Tərkibində bioloji fəal maddələr olan bu vasitələrdən hədsiz, dozasız istifadə insana zərər verə bilər. Bioloji fəal maddələr dərman vasitəsini əvəz etmir, amma xəstələrin orqanizminin gücləndirilməsi, onun reabilitasiyası dövründə bu vasitələrdən istifadə edilir. Ona görə də bunların işlənmə qaydası olmalıdır. Həkimlər xəstələrə bunu müstəsna olaraq, izah etməlidirlər".
Millət vəkili, məhşur kordioloq Rəşad Mahmudov qeyd edib ki, Azərbaycanda dərman vasitələrinin tərkibinin düzgün olmadığı və vaxtı keçən dərman vasitələrinin gətirliməsi ilə bağlı faktlar mövcuddur. Onun sözlərinə görə, keyfiyyətsiz dərman vasitələrin xilas olmağın yeganə yolu dünyadakı brend dərman firmalarının dərman vasitələrinə üstünlük verilməsi ilə mümkündür. "Çünki brend dərman firmaları öz imiclərinə xələl gəlməsin deyə, keyfiyyətsiz dərman məhsulu istehsal etmir. Biz özümüz dərman tərkibinin keyfiyyətsiliyi və təhlükəli dərman vasitələri ilə rastlaşmışıq. Xüsusən də biz belə faktlraı ürək xəstəlikləri ilə bağölı dərmanlarda aşkar etmişik". R. Mahmudov əlavə edib ki, bu gün dünyada vaxtı keçmiş dərman vasitələrinin müddətinin dəyişdirilməsi əsasən dünyadaı azad ticarət bölgələrində fəaliyyət göstətən şirkətlər tərəfindən həyata keçirilir. "Ona görə də bu məslələrə nəzarəti gücləndirmək lazımdır. Vəziyyətdən çıxış yolıu ilk olaraq Azərbaycanda dərman vasitələrinin istehlası inkişaf etdirilənədək dünyadakı bredn dərman firmalarından bu dərmanlar alınmalıdır".
Alim