Elmar Məmmədyarov estoniyalı həmkarı ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Estoniya xarici işlər naziri Sven Mikser ilə görüşüb. Bu barədə XİN mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Estoniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olundu və əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
12 Aprel 2017 15:50 SiyasətXarici işlər naziri Elmar Məmmədyarov Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Estoniya xarici işlər naziri Sven Mikser ilə görüşüb. Bu barədə XİN mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Estoniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olundu və əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov bu ilin 7 aprel tarixində Bakıda hökumətlərarası birgə komissiyanın iclasının uğurla keçdiyi və aparılmış müzakirələrin informasiya texnologiyaları, turizm, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığını vurğulayıb. Sven Mikser tezliklə Azərbaycana səfər etmək niyyətində olduğunu qeyd edərək Estoniyanın Avropa İttifaqına (Aİ) sədrliyi haqqında məlumat verib. O eyni zamanda Estoniyanın Azərbaycanın Aİ ilə əlaqələrinin inkişaf etdirilməsini dəstəklədiyini vurğulayıb.E. Məmmədyarov Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə saziş layihəsi üzrə işin aparıldığını diqqətə çatdırıb.Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verən E. Məmmədyarov münaqişənin həlli və regional əməkdaşlıq mühitinin yaradılması üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb. O əlavə edib ki, Aİ tərəfindən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət məsələsində vahid yanaşmanın tətbiq edilməsi vacibdir. E.Məmmədyarov güc tətbiq edərək dövlətlərin sərhədlərinin dəyişdirilməsinin qəbuledilməz olduğunu deyərək bu prinsipə hamılıqla riayət edilməsinin vacibliyini qeyd edib.