Gündəm
Azərbaycan Alpaqut Federasiyasının Qarabağ Regional Nümayəndəliyi yaradıldı
Azərbaycan Alpaqut Federasiyasının Qarabağ Regional Nümayəndəliyi yaradıldı. Bu baradə “Olaylar”a adıçəkilən federasiyadan bildirilib. Məlumata görə, sözügedən federasiya son zamanlar bir sıra yenilikləri ilə diqqət çəkir. Belə ki, keçirlən tədbirdə federasiyasının tərkibində Qarabağ Regional Nümayəndəliyinin yaradılması ilə bağlı qərar qəbul edilib. Qəbul edilən qərara əsasan Laçın, Ağdam, Şuşa, Bərdə, Tərtər, Ağcəbədi və.s rayon və qəsəbələrdə fəaliyyət göstərən filal və bölmələr birləşdirilərək vahid idarə sisteminə keçirilib. Regional nümayəndəliyin yarılmasında məqsəd federsiyasının inkişafını daha da sürətləndirmək və buidman növünə marağın artmasına təkan verməkdir. Təsis edilən regional nümayəndəliyə Ruslan Allahverən oğlu Quliyev rəhbərlik edəcək.
Komitə tələbələr üçün müsabiqə elan etdi
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan xalqının Ümumilli Lideri, müasir dövrün görkəmli siyasi xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda tələbələr arasında məqalə müsabiqəsi elan edib.
Azərbaycan dini plüralizm məkanına çevrilib
Azərbaycanda bütün xalqlar, müxtəlif dinlərin nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayıblar. Hazırda da ölkədə dini plüralizm hökm sürməkdədir. Bunun bariz nümunəsini ölkədə həyata keçirilən multilulturalizm siyasətində görmək mümkündür. Multikulturalizm siyasi ideologiyanın vacib bir hissəsi olaraq, etnik qrupların qarşılıqlı münasibətlərinin tənzimlənməsinə yönəlmişdir.
Pentaqon rəhbəri: “Rusiya ilə ABŞ arasında müharibə mümkün deyil”
Vaşinqton və Moskva arasında münasibətlərin kəskin şəkildə soyumasına baxmayaraq tərəflər əlaqələr kanalını aktiv şəkildə saxlayır. “Amerikanın səsi” xəbər verir ki, bunu Pentaqon rəhbəri Ceyms Mettis bildirib.
1166 əcnəbiyə icazə verildi, tikintidə və mədənlərdə çalışacaqlar
Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı ölkədən gedənlərin sayından çoxdur. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak ilə keçirilən görüşdə bildirib.
Trampın arvadından “Daily Mail” nəşrinə 150 milyonluq TƏZMİNAT TƏLƏBİ
Britaniyanın “Daily Mail” tabloidi ABŞ-ın birinci xanımı Melana Trampa onun keçmiş həyatı ilə bağlı məqalə dərc etməsinə görə pul vəsaiti ödəyəcəyi və təkzib verəcəyi ilə bağlı öhdəlik götürüb. SİA xəbər verir ki, bu barədə adıçəkilən nəşrdə qeyd edilib.
Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlər müzakirə edilib
Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Polşa Respublikası Prezidenti Administrasiyasının dövlət katibi, Prezidentin kabinetinin rəhbəri Kşiştof Şçerski ilə görüşüb.
Azərbaycan nümayəndə heyəti “Üçüncü Ümumrusiya Əməyin Mühafizəsi Həftəsi” tədbirində iştirak edir
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti 28 Aprel – Beynəlxalq Əməyin Mühafizəsi günü çərçivəsində Rusiyanın Soçi şəhərində təşkil edilən “Üçüncü Ümumrusiya Əməyin Mühafizəsi Həftəsi” (10-14 aprel) tədbirində iştirak edir. Rusiya hökumətinin, ayrı-ayrı ölkələrin aidiyyəti qurumlarının, beynəlxalq təşkilatların, iri işəgötürənlərin nümayəndələrinin iştirak etdiyi tədbir əməyin mühafizəsi sisteminin yaxşılaşdırılması, əmək mədəniyyətinin yüksəldilməsi, bu sahədə qabaqcıl praktikaların təbliği, sağlam həyat tərzinin formalaşdırılması və s. məsələlərin müzakirəsinə həsr olunub.
"Türkiyə prezident sisteminə keçidə hazırdır"
“Türkiyədə referendum bütün hallarda baş tutacaq. Orada iştirak edəcək insanların böyük əksəriyyəti də düzəlişlərə səs verəcəklər”.
Əli Kərimli bütövlükdə müxalifətin hədəfindədir- ANALİZ
“Milli Şura”nın rüsvayçı mitinq şousu bitər-bitməz, demək olar ki, müxalifət düşərgəsinin bütün cinahları AXCP sədri Əli Kərimlini hədəfə alaraq onu ən sərt şəkildə tənqid etməyə başladılar.
Namizədlər rüşvət verdikləri seçiciləri necə izləyib?- İDDİA
“Bunun üçün innovasiya və informasiya texnologiyalarından istifadə olunub” “Aprelin 2-də Ermənistanda keçirilən parlament seçkilərində hakim “Respublika” partiyasından olan bir neçə reytinqli namizədlər seçicilər üzərində nəzarət saxlamaq üçün maraqlı innovasiya vasitələrindən istifadə ediblər”.
“Jamanak”: “Sarkisyan parlamentdə “cavanlaşma” apararaq öz adamlarını təyin edir”
“Bu günlərdə parlamentin sədri vəzifəsinə hansı namizədlərin seçiləcəyi fəal şəkildə müzakirə olunmaqdadır və bu günə qədər ən mümkün namizəd kimi rusiyalı oliqarx Samvel Karapetyanın qardaşı Karen Karapetyan hesab edilirdi. Fəaliyyətdə olan parlament sədri Qalust Saakyan da Karen Karapetyanın sözügedən vəzifəyə təyin olunacağı ehtimallarını demək olar ki, təsdiq etmişdi ”. Bu fikirlər Ermənistanın “Jamanak” qəzetində sözügedən mövzuya həsr edilən yazıda verilib.
BŞTİ-də hesabat yığıncağı keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib. İdarədən “OLAYLAR” -a bildirilib ki, hesabat-seçki yığıncağında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, BŞTİ-nin struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər.
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 54 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
Qadını çılpaq şəklini yayacağı ilə şantaj etdi
Bakı sakinini şantaj edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər sakini olan bir nəfər Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə müraciət edərək paytaxt sakini olan Rövşən Xankişiyev tərəfindən döyüldüyünü, çılpaq şəkillərini çəkib sosial şəbəkədə yayacağı ilə hədələyərək ondan 1000 manat pul tələb etdiyini bildirib. 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R.Xankişiyev tutulub.














