Gündəm

Əli İnsanov məhkəmədə ifadə verib

12 Aprel 2017 18:11

Bu gün Qaradağ Rayon Məhkəməsində Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində açılmış cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

“Türk sənəti, Tarixi və Folkloru Konqresi. Sənət fəaliyyəti”

12 Aprel 2017 17:57

Aprelin 12 – də AMEA Tarixi Muzeyində “Türk sənəti, Tarixi və Folkloru Konqresi. Sənət fəaliyyəti” adlı VII Beynəlxalq Konfrans öz işinə başlayıb. 11-15 aprel tarixlərində keçirilən konfrans Tarixi Muzeyi, Almaniya Türklərin Dünyası İnstitutu, Ağrı İbrahim Çeçen Universiteti, Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqi Mərkəzi Başqanlığının təşkilatçılığı ilə hazırlanıb.

Abel Məhərrəmov Avrasiya Universitetlər Assosiasiyasının iclasında iştirak edib

12 Aprel 2017 17:51

Aprelin 12 – də M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Avrasiya Universitetlər Assosiasiyası (AUA) Şurasının genişləndirilmiş iclası keçirilib.Universitetdən “Olaylar” – a bildirilib ki,  iclasda Azərbaycanı Bakı Dövlət Universitetinin rektoru, Assosiasiyanın vitse-prezidenti, akademik Abel Məhərrəmov təmsil edib. Şuranın iclasını Assosiasiyanın prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi açıb.

“Qafqaz Albaniyasının qəbir abidələri”

12 Aprel 2017 17:49

Bilik Fondunun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri üçün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri Qoşqar Qoşqarlının “Qafqaz Albaniyasının qəbir abidələri” mövzusunda mühazirəsi olub. Fonddan “Olaylar” – a bildirilib ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov klubun üzvü olan gənc tarixçiləri Azərbaycan tarixinin qaranlıq məqamlarını diqqətlə öyrənməyə, tariximizin saxtalaşdırılmasının qarşısını almaq üçün daim elm cəbhəsində mübarizəyə səsləyib.

Gömrükçülərin maaşı artırıldı

12 Aprel 2017 17:47

Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına verilən əlavə artırılıb.“Olaylar” Nazirlər Kabinetinin rəsmi saytına istinadən məlumat verir ki, bununla bağlı Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nda dəyişiklik edilib.

İcra başçısı: "Sovetski"dəki "Hacı Cavad" məscidinin söküntüsü dayandırılıb"

12 Aprel 2017 17:35

"Sovetski"dəki "Hacı Cavad" məscidinin söküntüsü dayandırılıb”. Bunu Bakının “Sovetski” adlanan ərazisində "Hacı Cavad" məscidinin söküntüsü ilə bağlı məsələyə münasibət bildirən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib.

Bakıda bina çökdü: 2 nəfər ölüb, 4-ü yaralanıb

12 Aprel 2017 17:33

Bakıda tikilməkdə olan bina çöküb. Məlumata görə, Bakının Səbail rayonunda tikilməkdə olan istirahət mərkəzinin binasında baş verən uçqun nəticəsində dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

Suriyadakı bombalar: geosiyasi risklərə verilən təkan

12 Aprel 2017 17:30

Son vaxtlar Suriyada hadisələr çox təhlükəli istiqamətdə cərəyan edir. Amerikanın Bəşər Əsəd ordusuna məxsus hərbi bazanı bombalamasından sonra vəziyyət daha da gərginləşib. Rusiyanın təpkisi çox sərt olub. Moskva hətta savaşla hədələyib.

Evlərə qənim kəsilən şəxs ələ keçib

12 Aprel 2017 17:07

Fizuli rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən mlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Füzuli RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə cari il yanvarın 29-da rayon ərazisindəki evlərdən birindən 500 manat pul və 1 cüt qızıl sırğa oğurlamaqda şübhəli bilinən Qarabağ kənd sakini Ruslan Əliyev saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun yanvarın 28-də rayon ərazisindəki daha bir evdən mobil telefon və qızıl üzük oğurlaması da müəyyən edilib.

MMC-dən pul oğurlayan tutulub

12 Aprel 2017 17:05

Nəsimi rayonunda fəaliyyət göstərəb MMC-dən oğurluq edən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, DİN-in və Bakı ŞBPİ-nin Kriminalistik Tədqiqatlar idarələri, Nəsimi RPİ və Sumqayıt ŞPİ əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə cari il yanvarın 12-də Nəsimi rayonu ərazisində fəaliyyət göstərən MMC-lərdən birinin seyfindən 1000 manat və 1000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Elturan Vəlibəyov Sumqayıt şəhəri ərazisində tutulub. Araşdırma aparılır.

Baş Prokurorluq Dortmunddakı partlayışı terror adlandırdı: Saxlanılan var

12 Aprel 2017 17:02

Almaniyanın Baş Prokurorluğu Dortmunddakı partlayışın terror aktı olduğunu açıqlayıb. Baş Prokurorluq hadisənin törədilməsində "İslam izinin" olduğunu istisna etməyib. Məlumata görə, terror aktının törədilməsində iki dini ekstremist şübhəli bilinir. Onlardan biri həbs olunub.

Azərbaycana göndərilən 170 min avroluq dərman Ukraynada yoxa çıxdı

12 Aprel 2017 16:59

Azərbaycanın "Epidbiomed" tibbi şirkətinə məxsus dərman və digər tibbi ləvazimatlarla yüklü 20 tonluq avtomobil Ukraynada naməlum şəxslər tərəfindən oğurlanıb. Şirkətin baş direktoru Surxay Mustafayev bildirib ki, sürücüsü ilə birlikdə yoxa çıxan avtomobildə 170 000 avroluq yük olub.  

Yaponiya qırıcıları havaya qaldırıldı

12 Aprel 2017 16:57

Yaponiya Hərbi Hava Qüvvələrinin qırıcıları Rusiyanın altı təyyarəsinin ölkənin hava sahəsinə yaxınlaşması səbəbi ilə havaya qaldırılıb.

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi yeni layihəyə başlayır

12 Aprel 2017 16:50

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi “Sosial mediada mənəvi-əxlaqi dəyərlərin qorunması və davranış qaydalarına riayət olunması üçün ictimai səfərbərlik yolları” layihəsinin icrasına başlayır.

Nəqliyyat vasitəsində gizlədilən siqaretlər aşkarlandı

12 Aprel 2017 16:48

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21124" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin istilik sobasının altından gömrük nəzarətindən gizlədilən 2800 ədəd "NZ Gold Compact" və 2000 ədəd "Portal Gold" markalı, ümumilikdə 4800 ədəd siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.