Abel Məhərrəmov Avrasiya Universitetlər Assosiasiyasının iclasında iştirak edib
Aprelin 12 – də M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Avrasiya Universitetlər Assosiasiyası (AUA) Şurasının genişləndirilmiş iclası keçirilib.Universitetdən “Olaylar” – a bildirilib ki, iclasda Azərbaycanı Bakı Dövlət Universitetinin rektoru, Assosiasiyanın vitse-prezidenti, akademik Abel Məhərrəmov təmsil edib. Şuranın iclasını Assosiasiyanın prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi açıb.
12 Aprel 2017 17:51 SosialAprelin 12 - də M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Avrasiya Universitetlər Assosiasiyası (AUA) Şurasının genişləndirilmiş iclası keçirilib.Universitetdən "Olaylar" - a bildirilib ki, iclasda Azərbaycanı Bakı Dövlət Universitetinin rektoru, Assosiasiyanın vitse-prezidenti, akademik Abel Məhərrəmov təmsil edib. Şuranın iclasını Assosiasiyanın prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi açıb.
Plenar iclasda çıxış edən BDU-nun rektoru Assosiasiyanın ilk üzvlərindən biri olan Bakı Dövlət Universiteti tərəfindən irəli sürülən əməkdaşlığın yeni formalarının daha da möhkəmləndirilməsi ilə bağlı görülən işlərdən danışıb. Çıxışının sonunda Moskva Dövlət Universitetinin rektoru, Avrasiya Universitetlər Assosiasiyasının prezidenti, akademik Viktor Sadovniçinin fəaliyyətini xüsusi vurğulayan akademik Abel Məhərrəmov, onun 25 il rəhbərlik etdiyi MDU-nun dünyanın nüfuzlu universitetlərindən birinə çevrilməsinə töhfələr verdiyini qeyd edib.
Tədbirdə akademik Viktor Sadovniçi Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi münasibətilə Avrasiya Universitetlər Assosiasiyası adından akademik Abel Məhərrəmovu təbrik edib və qurumun xatirə hədiyyəsini təqdim edib.