Gündəm

Avtoqəzada 1 nəfər ölüb, 2-si xəstəxanaya yerləşdirilib

12 Aprel 2017 19:00

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, aprelin 12-də saat 3 radələrində Tovuz rayonunun Qovlar şəhərində Şəmkir rayon sakini Elmir Yunisli idarə etdiyi "VAZ-21011" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.  Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

Məsud Əfəndiyev Toronto Universitetimühazirə oxuyacaq

12 Aprel 2017 18:55

Fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev Kanadanın ən böyük şəhəri olan Torontoda yerləşən Toronto Universiteti və Fields Universitetinə dəvətli professor ( Deans Distinguished Professor) olaraq bir semestr ərzində  01.01.2018-30.06.2018 tarixində Riyaziyyat fakultəsində riyazi biologiya üzrə   mühazirələr oxumaq üçün dəvət olunub. Bu universitetlər adətən mühazirə oxumaq üçün “Deans Distinguished Professor” stasunda olan Nobel və Fields mükafatı laureatlarını dəvət edirlər.   Məsud Əfəndiyev hazırda Almaniyanın Münxen şəhərində “Helmholtz” Elmi-Tədqiqat Mərkəzində “Dinamik sistemlər” şöbəsinin müdiri vəzifəsində çalışır.   

Deputat: "Azərbaycanda dinə olan qayğı digər dövlətlər üçün də nümunədir"

12 Aprel 2017 18:52

"Azərbaycanda din dövlətdən ayrı olsa da, dinin sərbəst fəaliyyət göstərməsinə, inanclı insanların öz əqidəsinə uyğun hərəkət etməsinə və dini ayinlərin keçirilməsinə həmişə böyük diqqət yetirilib".

“Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə”

12 Aprel 2017 18:52

Naxçıvan Ali Məclisinin Sədri yanında Bilik Fondunun tədbirlər planına uyğun olaraq Naxçıvan şəhərində “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Roy Vilojnıy və Yanis Eşots AMEA – da

12 Aprel 2017 18:50

İsrailin Hayfa Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasının müəllimi Roy Vilojnıy və Britaniya İsmaili Araşdırmaları Mərkəzinin əməkdaşı, professor Yanis Eşots aprelin 12-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

Kukla səhnəsində “Turp”

12 Aprel 2017 18:47

Abdulla Şaiq adına Kukla Teatrı  növbəti tamaşanın premyerasına hazırlaşır.  Aprelin 23-də tamaşaçılar  özünün tam yeni səhnə həllini tapmış "Turp" tamaşasını izləyə biləcəklər.

Musiqili Teatrın 80 yaşlı əməkdaşı mükafatlandırıldı

12 Aprel 2017 18:45

 Musiqili Teatrının əməkdaşı Dolores Bəymuradova mükafatlandırılıb. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki,  Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev bu barədə əmr imzalayıb.

Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə təşəkkür məktubu...

12 Aprel 2017 18:40

B.Basanqov adına Kamık Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidova təşəkkür məktubu ünvanlayıb.

Deputat: "Ermənistanla Azərbaycanı hansısa sahədə müqayisə etmək mümkün deyil"

12 Aprel 2017 18:35

“Bloger Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunmasının əsas məqsədi o idi ki, başqa dövlətlər Azərbaycandan narazı qalsa belə, biz Qarabağ məsələsində güzəştə gedilməsinə razı olmarıq”. Bunu Milli Məclisin deputatı Çingiz Qənizadə bildirib.

Riyaziyyat və Mexanika İnstitutunda növbəti iclas

12 Aprel 2017 18:35

Aprelin 12 –də AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. İclasda gündəlikdə duran cari məsələlər müzakirə edilib.

Akif Çovdarov və digərlərinin məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib

12 Aprel 2017 18:22

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Rusiya XİN: Aleksandr Lapşinin saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur

12 Aprel 2017 18:19

Azərbaycanda həbsdə olan Rusiya vətəndaşı Aleksandr Lapşinin saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur. Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Bakıda istirahət mərkəzində uçqun baş verməsi ilə bağlı cinayət işi başlanıb

12 Aprel 2017 18:18

Bakıda istirahət mərkəzində baş verən uçqunla bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. O, həmçinin qeyd edib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəblərinin və təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mayda ilanlar çox aktivləşəcək - Zooloq alimdən QORXUNC PROQNOZ

12 Aprel 2017 18:14

Temperaturun yüksəlməyə başlaması mövsümün ənənəvi problemini də özü ilə gətirib. Söhbət ilan sancmalarından gedir. Zootoksinlər İstehsal-Elmi Araşdırma Mərkəzinin direktoru, Zoologiya İnstitutunda aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov indiki mövsümdə ilanların aktivliyinin normal olduğunu deyib: "Azərbaycanın ilanlar faunası Cənubi Qafqazda ən zəngin faunadır.

Bakıda ölümlə nəticələnən uçqunun SƏBƏBİ

12 Aprel 2017 18:12

"Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun hadisəsi tikinti normalarının pozulması nəticəsində baş verib". Bunu jurnalistlərə açıqlamasında hadisə yerində olan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev deyib.