Kukla səhnəsində “Turp”
Abdulla Şaiq adına Kukla Teatrı növbəti tamaşanın premyerasına hazırlaşır. Aprelin 23-də tamaşaçılar özünün tam yeni səhnə həllini tapmış "Turp" tamaşasını izləyə biləcəklər.
12 Aprel 2017 18:47 MədəniyyətAbdulla Şaiq adına Kukla Teatrı növbəti tamaşanın premyerasına hazırlaşır. Aprelin 23-də tamaşaçılar özünün tam yeni səhnə həllini tapmış "Turp" tamaşasını izləyə biləcəklər.
Teatrdan "Olaylar" - a bildirilib ki, yaradıcı heyət məşhur rus xalq nağılı "Turp"a müraciət etməklə onu fərqli və daha dinamik səhnə yozumunda tamaşaçılarla görüşdürəcək. Məşqləri yekunlaşmaq üzrə olan tamaşa daha çox aşağı yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulduğundan burada musiqi nömrələrinin də say sırası genişləndirilib.
Klassik xətti qorunub saxlanılan tamaşaya yeni obrazlar artırılmaqla dramaturji baxımdan daha da zənginləşdirilib. Belə ki, biz bu tamaşada nağılda qeyd olunan qəhrəmanlarla yanaşı üç yeni obrazı - Müqəvva, Qarğa və Siçanın atasını görəcəyik. Güc birlikdədir ideyasını əsas götürən tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verir.
Vizual elementlər və rəngarəng musiqilərlə zəngin səhnə işinin rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.