Roy Vilojnıy və Yanis Eşots AMEA – da

İsrailin Hayfa Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasının müəllimi Roy Vilojnıy və Britaniya İsmaili Araşdırmaları Mərkəzinin əməkdaşı, professor Yanis Eşots aprelin 12-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

AMEA - dan "Olaylar" - a bildirilib ki,  qonaqlar ilk olaraq Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva ilə görüşüblər. G.Baxşəliyeva institutda ərəbşünaslıq və digər sahələrdə aparılan tədqiqatlar barədə məlumat verib, qonaqları bu sahələrlə bağlı maraqlandıran sualları cavablandırıb. Roy Vilojnıy və Yanis Eşots da öz növbələrində təmsil etdikləri qurumlarda fəaliyyətləri ilə bağlı danışıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31