“Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə”

Naxçıvan Ali Məclisinin Sədri yanında Bilik Fondunun tədbirlər planına uyğun olaraq Naxçıvan şəhərində “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Naxçıvan Ali Məclisinin Sədri yanında Bilik Fondunun tədbirlər planına uyğun olaraq Naxçıvan şəhərində "Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

İyul ayının 7 və 8-də keçirilməsi nəzərdə tutulan tədbirin təşkilatçıları AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, "Naxçıvan" Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsidir. Tarix, coğrafiya, arxeologiya, etnoqrafiya, folklor, dilçilik, ədəbiyyat, turizm, mədəniyyət, memarlıq, incəsənət sahələrində araşdırma aparan tədqiqatçıların məruzə mətnləri 31 may tarixinədək qəbul ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31